Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA

30.08.2021 18:41 747
Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda yeni tədris ilinin başlamasına iki həftə vaxt qalıb. Aidiyyəti dövlət qurumları məktəblərin açılması ilə əlaqəli müvafiq müzakirələr aparır.

Median.Az
"report”a istinadən xəbər verir ki, bir müddət əvvəl Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində sentyabrın 15-də dərslərin bərpa olunacağının nəzərdə tutulduğunu deyib.

Bu barədə, habelə məktəblərdə dərslərin neçə dəfə keçiriləcəyi barədə müvafiq qərarın gələn həftə ərzində açıqlanacağı bildirilir.

Yoluxma sayının sürətlə artması bir çox valideyni haqlı səbəbdən narahat edir və onlar övladları üçün vahid məktəbli formasını almağa tərəddüd edirlər. Hesab edirlər ki, məktəbli formasını alıb xərcə düşməkdənsə, bir müddət gözləmək yaxşıdır.

İndi gözləyib sonradan kütləvi şəkildə forma almaq isə forma satışı məkanlarında müəyyən sıxlığa səbəb olar və bu da öz növbəsində virusun yayılması təhlükəsini qarşıya qoymuş olur.

Bu nöqteyi-nəzərdən məktəblər şagirdlərin vahid forma məsələsində hər hansı güzəşt edə bilərlərmi?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov yeni tədris ilinin başlaması barədə qəti fikir bildirməsə də, dövlətin əsas məqsədinin gənclərə təhsil vermək olduğunu bildirib:

"Geyimin növündən asılı olmayaraq, təhsil almaq əsas şərtdir. Ona görə də hesab edirəm ki, əsas təhsil almaq məsələsinə fikir verməliyik”.

Təhsil eksperti Kamran Əsədov isə "Report”a açıqlamasında qeyd edib ki, müvafiq qanunvericiliyə əsasən məktəblərdə təhsil alan şagirdlərin formadan istifadəsi zəruridir:

"Pandemiya dövründə məktəbli formalarının qiymətlərində hər hansı artım müşahidə edilmir. Təbii ki, bu, məktəbli formalarının alınması ilə bağlı mövcud qaydaların dəyişməsinə gətirib çıxarmamalıdır.

Sadəcə, bu məsələdə aidiyyəti dövlət qurumları öz mövqeyini ortaya qoymalıdırlar. Bu səbəbdən hesab edirəm ki, aztəminatlı ailələrin övladları üçün məktəbli formalarının alınmasına köməklik edilə bilər”.

K.Əsədov misal çəkərək vurğulayıb ki, ötən tədris ilində valideynlər xərc çəkib forma alsalar da, pandemiya səbəbindən distant təhsilə keçid oldu:

"Nəticədə, aldıqları geyimdən istifadə olunmadı. Ona görə də valideynlərə dəstək olmaq lazımdır. Eləcə də məktəbli yarmarkaları təşkil edilməlidir ki, sosial vəziyyəti zəif olan ailələr lazımi məktəb ləvazimatlarını münasib qiymətə ala bilsinlər.

Məktəbli forması tədris prosesi vaxtına təsir edən başlıca amildir. Bəzən yuxarı sinif şagirdləri lazımsız aksesuarlardan istifadə edir. Bu da tədrisin normal gedişinə mane olur, diqqət yayınmış olur”.

"Bir faktı da qeyd edim ki, bəzən valideynlər məktəbli formasının satıldığı məkanlarda övladlarına bir neçəsini geyindirib yoxlayırlar.

Təmas hallarının minimuma endirilməsi üçün valideynlərə geyimlərdən birdəfəlik yoxlama icazəsinin verilməsi məqsədəuyğun olardı. Yaxud əllərində qoruyucu əlcəkləri olan şəxslərin geyimlərə toxunmasına icazə verilsin.

Çünki ölkədə aktiv koronavirus xəstələrinin sayı kifayət qədər artıqdır. Ona görə də bir geyimə çox sayda insanın toxunması yolverilməzdir. İmkan daxilində və forma zədəli deyilsə, əvvəlki ilin məktəbli formasının geyinilməsi yaxşı olardı” – deyə ekspert əlavə edib.

Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov "Report”a açıqlamasında bildirib ki, BTE verilən qərardan asılı olmayaraq, öz işini davam etdirir:

"Burada məkanda məktəbli formasının satışı ilin istənilən vaxtında davam edir".

Onun sözlərinə görə, pandemiya səbəbindən əvvəlki illərlə müqayisədə bu il üçün məktəbli formalarının alışında ajiotaj yoxdur, yəni satış zəifdir:

"Məktəblərin açılacağı deyilsə də, valideynlərin bir qismi əksini düşünür. Bu səbəbdən məktəbli formalarının alınması üçün elə də çox axın müşahidə olunmur.

Bildiyim qədərilə məktəblərin sentyabrın 15-də açılacağı deyilsə də, rəsmi qərar hələ gələn ayın əvvəlində mövcud epidemioloji vəziyyət dəyərləndirildikdən sonra məlum olacaq. Bu səbəbdən valideynlər gözləmə mövqeyindədir”.

Şöbə rəisi bildirib ki, forma tikilişi üçün ehtiyat var və heç bir çatışmazlıq yoxdur: "Bütün materialları Türkiyədən alırıq. Valideyn sıxlığının olmaması üçün iri supermarketlərdə məktəbli formasının satışı üçün şərait yaradılıb. Lakin hər hansı ümumtəhsil müəssisəsində forma satışı mümkün deyil. Çünki məktəb tədris üçündür”.

O əlavə edib ki, bu il üçün də məktəbli formalarının satış qiymətində heç bir dəyişiklik edilməyib: "Aşağı siniflər üçün vahid formanın qiyməti (pencək - şalvar, pencək - ətək) 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır. Köynəklərin qiyməti isə ölçüsündən asılı olmayaraq 8 manat təşkil edir”.

Qeyd edək ki, müvafiq qanunvericiliyə əsasən, tədris prosesi hər il sentyabrın 15-də başlayır.скачать dle 11.3
Mojo.az Banner