Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda yaşayış yerini qəsdən tərk edən koronavirus xəstələrinə cinayət işi AÇILDI - FOTO

28.08.2021 16:18 1 683
Paytaxtda yaşayış yerini qəsdən tərk edən koronavirus xəstələrinə cinayət işi AÇILDI - FOTO
Paytaxtın Suraxanı rayonunda iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb və həmin şəxslər yaşadıqları evə qaytarılıblar.

Həmin şəxslər - Zığ qəsəbəsində yaşayan E.Mehtiyev və Suraxanı qəsəbəsində yaşayan B.Bayramovun barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Nazirliyin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini S.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

скачать dle 11.3
Mojo.az Banner