Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

İtaliyada yarım il müddətinə fövqəladə rejim tətbiq olundu

27.08.2021 16:45 1 893
İtaliyada yarım il müddətinə fövqəladə rejim tətbiq olundu
İtaliya hökuməti ölkənin cənub bölgələrinə təsir edən meşə yanğınları ilə əlaqədar fövqəladə rejim tətbiq edib.

Bu barədə TASS məlumat yayıb.

“Nazirlər Şurası sədr Mario Draqinin təklifi ilə iyul ayının sonundan Kalabria, Molise, Sardiniya və Siciliya bölgələrində meşə yanğınlarının yayılması ilə əlaqədar olaraq altı ay müddətinə fövqəladə rejim elan etmək qərarına gəlib”, - deyə sənəddə bildirilir.

Əlavə olaraq, “2021-ci il 3 iyul-8 avqust tarixləri arasında meydana gələn meteoroloji hadisələr” səbəbiylə Lombardiyanın üç əyalətində də altı aylıq fövqəladə rejimin tətbiq edildiyi qeyd olunur. Söhbət Komo, Sondrio və Varesedən gedir.

Son xəbərlər