Mojo.az Banner
22:55 Azərbaycanda pensiya sistemi tam dəyişə bilər  |     22:48 Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var  |     22:40 Sakinlərin yaşayışını kabusa çevirən RESTORAN  |     22:30 Yüksək empatiya və dinləmə bacarıqları ilə seçilən BÜRCLƏR  |     22:21 Bu tarixdən ibtidai siniflər üçün yaz tətili başlayacaq  |     22:14 Yeni "Covid" Kabusu: 23 ölkədə sürətlə yayıldı  |     22:04 Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək  |     21:50 “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi  |     21:43 Sabah bu ərazilərdə qaz olmayacaq  |     21:37 Evi su altında qalan bəzi sakinlər hotellərə yerləşdirilib  |     21:29 Şəkidə evdə partlayış - Xəsarət alanlar var - Video  |     21:22 Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi  |     21:15 26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı  |     21:10 Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR  |     21:03 Starlink peyki orbitadan çıxaraq partlayıb  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:51 Xalq artisti: "Bizə gündə 25, mindiyimiz atlara 50 manat verirdilər"  |     20:44 Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır  |     20:38 Sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşdi  |    
Left Banner
Right Banner

Azərbaycanda arı təsərrüfatları azad edilmiş digər ərazilərə köçürülə bilər

25.08.2021 21:30 609
Azərbaycanda arı təsərrüfatları azad edilmiş digər ərazilərə köçürülə bilər
Bu il Azərbaycanda arıçılıq sahəsində yenilik olub. Belə ki, ilk dəfə Kəlbəcər yaylaqlarına arıçılıq təsərrüfatları köçürülüb. Avqust ayından etibarən isə Azərbaycanda arıçılar artıq mövsümi ballarını süzməyə başlayacaqlar. Bal istehsalı, arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsinin istehsal prosesinə təsiri, bu il gözlənilən bal ixracı ilə bağlı Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov “Report”a açıqlama verib.

Onun sözlərinə görə, artıq bal süzməyə başlanılıb: “Hazırda ölkədə elə ərazilər var ki, artıq üçüncü dəfə bal süzümü həyata keçirilir. Ötən il ölkədə 6 min ton bal istehsal edilmişdi. Bu il ötən illə müqayisədə 500 ton çox bal istehsal ediləcəyi gözlənilir”.

B.Həsrətov arı ailələrinin Kəlbəcərə, Laçına yerləşdirilməsi ilə bağlı məsələyə də toxunub: “Arı ailələrinin Kəlbəcərə yerləşdirilməsi çox yaxşı təsir edib. Bu, pilot layihə olaraq həyata keçirilib. 2 500 arı ailələri Laçında, Kəlbəcərdə yerləşdirilmişdi. Kəlbəcərdə yerləşdirilən arı təsərrüfatlarından 40-50 kq-dan çox bal əldə edilib. İşğaldan azad edilmiş ərazilərdə arı ailələrinin köçürülməsi ümumi artıma müsbət təsir edib”.

O qeyd edib ki, Kəlbəcər, Laçın balının bu adla brendləşdirilərək satışa çıxarılması planlaşdırılır: “Bu adın brendləşdirilməsi üçün artıq hökumətə müraciət edilib. Kəlbəcər, Laçın işğaldan azad edilməmişdən əvvəl ermənilər həmin ərazilərə təsərrüfatlarını yerləşdirirdilər və bu adla məhsullarını Avropaya ixrac edə bilirdilər”.

B.Həsrətov deyib ki, işğaldan azad edilmiş digər ərazilərə də arıçılıq təsərrüfatlarının köçürülməsi nəzərdə tutulur: “Sözügedən ərazilər arıçılıq üçün idealdır”.

Assosiasiya sədri bu il bal yarmarkasının keçirilməsi ilə bağlı məsələdən danışıb: “Yarmarkanın keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Lakin pandemiya ilə əlaqədar olaraq hazırda bir cavab verilməyib".

O, Azərbaycanda arıçılıq turizminin yaradıldığını bildirib: “Bu layihə Azərbaycan Arıçılar Assosiasiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO, Dövlət Turizm Agentliyi ilə birlikdə həyata keçirilib. Artıq Şəkinin Ləkid kəndində olan arıçılıq təsərrüfatları turizm marşrutlarına salınıb. İlkin turistləri qəbul etməyə başlamışıq”.

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Azərbaycan istehsalı olan arıçılıq məhsullarının Avropa İttifaqı ölkələrinə ixracında problemlə üzləşdiklərini bildiriblər: “Azərbaycanın istehsalı olan heyvan mənşəli qidalar Avropa İttifaqı ölkələrinə ixrac edilmir. Avropa İttifaqı bununla bağlı Azərbaycana icazə verməyib. Lakin Qida Təhlükəsizliyi Agentliyi icazənin alınması istiqamətində iş aparır”.скачать dle 11.3
Mojo.az Banner