Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Saatlıda evi tərk edən koronavirus xəstəsi aşkarlandı

24.08.2021 17:39 1 629
Saatlıda evi tərk edən koronavirus xəstəsi aşkarlandı
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz tərk edən və ətrafdakı şəxslərə də virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Mollavazlı kənd sakini Zaur Əliyev COVID-19 virusuna yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib və ona qaydalar izah olunub.

Lakin Z.Əliyev qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.

Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal yaşadığı ünvana geri qaytarılıb.

Z.Əliyev barəsində Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Son xəbərlər