Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhiyyə Nazirliyi narkomaniyadan müalicə alan şəxsin iddialarına cavab verdi

24.08.2021 12:40 2 310
Səhiyyə Nazirliyi narkomaniyadan müalicə alan şəxsin iddialarına cavab verdi
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müalicə alan vətəndaş orada müalicənin keyfiyyətli olmaması, xidmətin bərbad olunması ilə bağlı iddialar səsləndirib.

O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

O, Respublika Narkoloji Mərkəzindən narazılığını ifadə edib.

Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun Respublika Narkoloji Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, iddialarla çıxış edən şəxs 10 il narkomaniyadan əziyyət çəkməsinə baxmayaraq, üç dəfə qısa müddətli müalicə alıb:

“O, heç vaxt stasionar müalicə kursunu tamamlamayıb. Təəssüf ki, bu kimi xəstələr müalicə olunanlar arasında böyük əksəriyyəti təşkil edir. Onlar müəyyən səbəblərdən (yaxınlarının təkidi, maddi imkansızlıq, narkotikin dozasını aşağı salmaq, hüquqi tədbirlərdən uzaq olmaq və digər məqsədlərlə) stasionar müalicəyə qəbul olunurlar. Müalicəni sona çatdırmadan bəhanələrlə evə yazılmağı tələb edirlər”.

Respublika Narkoloji Mərkəzindən qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünya əhalisinin üç faizi (270 min nəfər) narkomaniyadan əziyyət çəkir. Həmin təşkilatın tədqiqatları göstərir ki, narkotik asılılığı olan şəxslərin yalnız 2-3 faizi bu bəladan qurtula bilir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, müalicə nəticəsində narkotik asılılıqdan azad olanlarla öz səyləri ilə (yəni heç bir müalicə olmadan) normal, narkotiksiz həyata qayıda bilənlərin sayı təxminən eynidir. Bu, o deməkdir ki, əksər hallarda nəticə müalicə üsullarından deyil, şəxsin fərdi xüsusiyyətindən daha çox asılıdır. Bu gün dünyada elə bir müalicə üsulu yoxdur ki, şəxsin iradəsindən kənar, onu narkotikin psixi asılılığından azad etsin.скачать dle 11.3
Mojo.az Banner