Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin iki oyunu üçün hakimlər açıqlanıb

18.08.2021 20:09 1 098
Çempionlar Liqası: Azərbaycan təmsilçisinin iki oyunu üçün hakimlər açıqlanıb
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın ilk iki oyununu idarə edəcək hakimlər açıqlanıb.

Federasiyadan verilən məlumatına görə, ölkə çempionunun Cəbəllütariqin "Europa" klubu ilə matçına italiyalı Dario Pezzuto təyinat alıb. Ona monteneqrolu Drazen Vukçeviç və yunanıstanlı Panagiotis Ntalas yardımçı olacaq.

"Araz Naxçıvan"ın Finlandiya “Kampuksen Dinamo”su ilə qarşılaşmasında isə ədaləti monteneqrolu Drazen Vukçeviç qoruyacaq. Köməkçi hakimlər Dario Pezzuto və Daniele Dadamo (San Marino) olacaq.

Qeyd edək ki, avqustun 21-də keçiriləcək “Araz-Naxçıvan” – “Europa” görüşü Bakı vaxtı ilə saat 15:00-da, digər qarşılaşma isə növbəti gün eyni saatda start götürəcək.

İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. "Araz Naxçıvan" qarşılaşmalarını Latviyada oynayacaq.

Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.скачать dle 11.3
Mojo.az Banner