Mojo.az Banner
19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |    
Mojo.az Avto
Mojo.az Avto

UEFA “Araz Naxçıvan”ı irəli atdı

05.07.2021 20:31 1 083
UEFA “Araz Naxçıvan”ı irəli atdı
Azərbaycanı UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” futzal klubu mübarizəyə ilkin mərhələdən başlayacaq.

UEFA bu gun ilkin mərhələdə iştirak edəcək klubların siyahısını açıqlayıb.

Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda gücünü sınayacaq. İlkin mərhələnin püşkü 7 iyul saat 17:00-da atılacaq. Oyunlar isə 20 - 25 avqustda keçiriləcək.

Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq.

Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar 26 - 31 oktyabrda təşkil olunacaq.

Ümumilikdə isə builki Çempionlar Liqasına 51 federasiyadan 55 klub qatılacaq. İlkin mərhələdə iştirak edəcək 32 komanda bunlardır: "Luxol St. Andreus Futsal" (Malta), "Veilimdorf" (Almaniya), "Araz-Naxçıvan" (Azərbaycan), APOEL (Kipr), "JB Futsal Gentofte" (Danimarka), "Haladas VSE" (Macarıstan), "Futsal Mineva" (İsveçrə), KMF FON (Serbiya), "Kampuksen Dinamo" (Finlandiya), "Liqeni" (Kosovo), MFC CIU (Gürcüstan), "Differdanj" (Lüksembruq), "Proekt" (Şimali Makedoniya), "Dukas" (Yunanıstan), "Dinamo Plus" (Moldova), "SMS Vimsi" (Estoniya), "Hammarbü" (İsveç), "London Helvesia" (İngiltərə), "Raba" (Latviya), "Varna Siti" (Bolqarıstan), "KF Tirana" (Albaniya), "Diamant Lints" (Avstriya), "Blü Magik FC Dublin" (İrlandiya), "Dolfins Aşdod" (İsrail), "Utleira İdrettslaq" (Norveç), "Tavşançalı" (Türkiyə), "Cefn Druids" (Uels), "Europa" (Cəbəllütarıq), "Titoqrad" (Monteneqro), "Sparta Belfast" (Şimali İrlandiya), "Fiorentino" (San Marino), "Enkamp" (Andorra).
скачать dle 11.3
Mojo.az Banner