Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda narkotik vasitələrin istifadəsinin, satışının təşkil edildiyi şəhər və rayonlar AÇIQLANDI

17.08.2021 18:30 2 079
Azərbaycanda narkotik vasitələrin istifadəsinin, satışının təşkil edildiyi şəhər və rayonlar AÇIQLANDI
“Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əlimizdəki faktlara əsasən daha çox narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsinin, satışının təşkil olunduğu yer Bakı şəhəridir”.

Bunu “Report”a müsahibəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəisi Nəcəf Aydınoğlu deyib.

Onun sözlərinə görə, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi daha çox Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında təşkil edilir:

“Həmin rayonlarda istifadəçi sayı da daha artıqdır. Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin rayonlarda narkotik vasitələrin satışını təşkil edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müvafiq tibb müəssisələrinə yerləşdirilməsi ilə bağlı tədbirlər görülür və daha da artırılıb”.

DİN rəsmisi bildirib ki, bölgələrdə də əməliyyat-axtarış tədbirləri həyata keçirilir:

“Cənub bölgəsində də narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və istifadəsini həyata keçirən şəxslər daha çoxdur. Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə bağlı olan cənub bölgəsinin regional şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Həmin yerlərdə əməliyyat şəraiti nəzarət altında saxlanılır”.

N.Aydınoğlu Gəncə şəhərində də narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil edildiyi hallarının çox olduğunu diqqətə çatdırıb:

“Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilvasitə bağlı olan qərb bölgəsinin regional şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.

Sumqayıt şəhərində də daha çox narkotik vasitələrin istifadəsini təşkil edən şəxslər var:

“Orada da narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir”, - DİN rəsmisi vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner