Mojo.az Banner
23:02 Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu  |     22:54 Epşteyn ölümündən əvvəl məktub yazıbmış  |     22:49 Sabah Bakıda 20 dərəcə isti olacaq  |     22:42 İrandan Azərbaycana 55 kq narkotik keçirmək istədilər  |     22:37 Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü  |     22:30 Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən AÇIQLAMA  |     22:25 Məktəblərdə 6 şagirdə 1 kompüter düşür  |     22:16 Aktrisa ''Günəşli İnşaat'' şirkətinin onu aldatdığını iddia edir - Video  |     22:11 Göygöldə qanunsuz tikili söküldü  |     22:03 Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama  |     21:55 Kəlbəcərdə qonur ayı görüntüləndi  |     21:50 Həyət evlərinin qarşısında gül əkib, maşın saxlayanlar cərimələnə bilər (Video)  |     21:46 Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - DİN-dən açıqlama  |     21:40 "Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələndi  |     21:35 Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:26 Yeddi marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir  |     21:18 Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib  |     21:16 Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb  |     20:21 Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var  |     20:12 Bəzi mallar 5 illik müddətə idxal gömrük rüsumundan azad edildi  |    
Left Banner
Right Banner

Prezident: “Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”

17.08.2021 13:37 1 020
Prezident: “Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”
İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən söyləyib.

Vətən müharibəsində erməni mifologiyasının da tamamilə məhv olduğunu bildirən dövlətimizin başçısı deyib: “Çünki uzun illər ərzində, otuz il ərzində ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”.

“Erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər” mifinin də dağıdıldığını söyləyən Prezident İlham Əliyev qeyd edib ki, biz bu mifi də darmadağın etdik. “Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yəni, bu mif də darmadağın edildi. Erməni əsgəri fəraridir. Növbəti mif isə o idi ki, azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, onlar bu vəziyyətlə barışıblar və əgər otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq. Bu mifi də biz dağıtdıq. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik. Mən bunu dəfələrlə deyirdim. Bütün çıxışlarımda deyirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Bu mifologiya da darmadağın edildi”, - deyə dövlətimizin başçısı bildirib.скачать dle 11.3
Mojo.az Banner