Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Mehmet Oktay: “Göstərilən böyük dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarıq”

13.08.2021 22:16 1 248
Mehmet Oktay: “Göstərilən böyük dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarıq”
İyulun 29-da gecə saatlarında başlayan yanğınlar təkcə meşələrimizə deyil, yaşayış məntəqələrinə də böyük zərər vurub. Əminəm ki, bütün bu çətinliklər arxada qalacaq, yanğının fəsadları tezliklə aradan qaldırılacaq.

Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsində fəaliyyət göstərən xüsusi müxbirinə müsahibəsində Muğla vilayətinin Marmaris rayon bələdiyyəsinin sədri Mehmet Oktay ifadə edib.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının Marmarisin iqtisadiyyatına, eləcə də turizmə böyük zərər vurduğunu, meşə yanğınlarının çətinlikləri daha da ciddiləşdirdiyini söyləyən bələdiyyə sədri Mehmet Oktay alovlarla mübarizədə kömək edənlərə təşəkkür edib, bölgədə fəaliyyət göstərən Azərbaycan yanğınsöndürənlərinin fədakarlığını yüksək dəyərləndirərək Azərbaycan dövlətinə və xalqına minnətdarlıqlarını ifadə edib.

Xatırladaq ki, Azərbaycan yanğınsöndürənləri alovların tuğyan etdiyi Marmaris bölgəsində də böyük şücaət göstəriblər. Qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Bu qüvvələr Muğla vilayətinin Köyceğiz rayonunun Pınar və Çayhisar kəndlərində yanğınların yayılmasının qarşısını alıblar.скачать dle 11.3
Mojo.az Banner