Mojo.az Banner
21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |     20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |     20:27 Məşhur türk şoumeni infarkt keçirdi (FOTO)  |     20:22 Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq  |     20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |    
Left Banner
Right Banner

Avstraliya paytaxtında 13 aydan bəri ilk yoluxma: Şəhərdə karantin elan edildi

12.08.2021 21:50 903
Avstraliya paytaxtında 13 aydan bəri ilk yoluxma: Şəhərdə karantin elan edildi
Kanberrada 2020-ci ilin iyul ayından bəri ilk dəfə koronavirus səbəbiylə karantin elan edilib.

Bu barədə TASS xəbər verib.

Məlumata görə, qərar Avstraliyanın paytaxt ərazisində 13 aydan bəri ilk dəfə COVID-19-a yoluxma aşkar edilməsi ilə əlaqədardır.

Bundan əlavə, Avstraliyanın paytaxt ərazisindən gələn çirkab su nümunələrində virus izləri aşkar edilib.

Karantin dövründə Kanberra və ətraf yaşayış məntəqələrin sakinləri ancaq işə getmək və ya oxumaq üçün (distant şəkildə mümkün olmadığı təqdirdə), həkimə baş çəkmək, peyvənd vurdurmaq, açıq havada idman etmək və ya zəruri malların satın alması üçün evdən çıxa biləcəklər.

Pərakəndə mağazalar bağlanacaq, iaşə müəssisələri çatdırılma ilə fəaliyyətini davam etdirə biləcək. Buraxılış sinifləri istisna olmaqla, məktəblilər evdə təhsil almalıdırlar.скачать dle 11.3
Mojo.az Banner