Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ zəhərli kosmetika istehsalına qadağa qoyacaq

12.08.2021 13:01 1 866
ABŞ zəhərli kosmetika istehsalına qadağa qoyacaq
ABŞ Senatı zəhərli kosmetika istehsalını tənzimləyən qanun layihəsini yenidən təqdim edib. Məlum olub ki, ABŞ və Kanadada sınaqdan keçirilmiş şəxsi qulluq məhsullarının yarısından çoxunda təhlükəli flüorlu kimyəvi maddələr var.

Bu barədə “The Guardian” xəbər verib.

Kosmetikada olan PFAS qrupundan olan maddələr immunitet sistemini zəiflədə, uşağın inkişafını poza, reproduktiv sistemə təsir göstərə və müəyyən xərçəng növlərinin ehtimalını artıra bilər. Bu birləşmələr parçalanmır və insan bədəninə daxil olduqdan sonra orada əbədi olaraq qalır.

Bildirilir ki, kosmetikanın icazə verilən kimyəvi tərkibi ilə bağlı ABŞ standartları 80 ildən çoxdur ki, dəyişməyib. Halbuki Avropada bu standartlar daim təkmilləşdirilir.

Bununla əlaqədar olaraq senatorlar Dayan Feynştein və Syuzan Kollins Şəxsi Baxım Təhlükəsizliyi Qanununa baxılması üçün müraciət ediblər. Bu qanuna əsasən, şirkətlər məhsullarında istifadə olunan bütün maddələr haqqında məlumat verməli və təhlükəsizliyini nümayiş etdirməlidir. Bundan başqa bütün istehsalçıların Qida və Dərman İdarəsində (FDA) məcburi qeydiyyatdan keçmələri də təklif olunur.скачать dle 11.3
Mojo.az Banner