Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Əlillərə verilən maşınlar niyə nömrəsiz sürülür? - TƏHLÜKƏ MƏNBƏYİ - FOTO

11.08.2021 20:30 1 326
Əlillərə verilən maşınlar niyə nömrəsiz sürülür? - TƏHLÜKƏ MƏNBƏYİ - FOTO
Son günlər ölkədə nömrəsiz maşın sürənlərin sayı artıb. Sosial şəbəkələrdə bununla bağlı bir çox görüntülər paylaşılır.

Bildirilir ki, nömrəsiz maşın idarə edənlər sürət həddini aşıraraq, təhlükə yaradırlar.

Mövzu ilə bağlı Bakupost.az -a danışan yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, ekspert, sürücülük təlimçisi Arzu Kürsüm Babazadə deyir ki, əlillər və şəhid ailələri onlara verilən addan istifadə edib qaydaları pozmamalıdırlar:

"Onlar cəmiyyət üçün ən lazımlı adamlardır. Amma qanun və qaydaların icrası vacib faktordur. Qanunları heç kim pozmamalıdır. Müharibənin od-alovundan çıxıb, qəzada ölmək də yaxşı bir şey deyil. Çünki bir dəfə qanunu pozan, hər cürə avtomobillə hərəkət edən, sonda avtoqəza törədir. Bu isə başqa insanların həyatına bilərəkdən müdaxilədir. Bununla bağlı nəzarət mexanizmi güclənməlidir. Qanunu pozan qaziyə də, əlilə də polis güzəşt etməməlidir. Edilən güzəştlər sonradan geniş miqyas alır".

Ekspert hesab edir ki, bu hallara Bakıda rast gəlinir və belə sürücülər polislər tərəfindən bağışlanılır:

"Qazi, şəhid ailəsi nömrəsiz maşın sürür. Polis müdaxilə edən zaman öz adından xahiş edir. Çox vaxt polislər də onları bağışlayır, cərimə yazmırlar. Artıq bu kimi hallar bütün cəmiyyətə səs salıb ki, bəli, onları polis heç bir zaman cərimələməyəcək. Adi insanlar da bunu eşitdikləri zaman, onu saxlayan polisə əlil, qazi olduğunu deyib, canını qurtarır. Ümumiyyətlə, bu riskli və bağışlanmayan məsələlərdir".


скачать dle 11.3
Mojo.az Banner