Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ətrafı zibilləyən avtobus sürücüsü: “Get öz işinlə məşğul ol” – FOTO

11.08.2021 20:44 1 017
Ətrafı zibilləyən avtobus sürücüsü: “Get öz işinlə məşğul ol” – FOTO
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış memar Elçin Əliyev Bakıda avtobus sürücüsünün davranışı tənqid edib.

Median.Az
Baku.ws-ə istinadən xəbər verir ki, o, “Facebook” səhifəsində bu barədə yazıb və tənqid etdiyi avtobus sürücüsünün görüntülərini paylaşıb.

Elçin Əliyev bildirib ki, “Xaliq Faiqoğlu” şirkətinə məxsus sərnişin avtobusunun sürücüsü Şəmsi Bədəlbəyli küçəsində sükan arxasında olarkən pəncərədən yerə salfet atıb.

Ətrafı zibillədiyinə görə sürücüyə irad bildirdikdə isə kobud rəftarla qarşılaşıb.

“Əcəb edirəm, istəyirəm zibili yerə atıram. Sənin nə işinə qalıb? Get öz işinlə məşğul ol”, – deyə sürücü qışqırıb.

Qeyd edək ki, Bakı küçələrində tez-tez avtobus sürücülərinin belə davranışları ilə qarşılaşırıq. Artıq buna “öyrəşirik” desək yanılmarıq. Hətta iş o yerə çatıb ki, sərnişinlər və digər yol hərəkəti iştirakçıları avtobus sürücülərinin səhvlərini belə deməyə qorxur.

Çünki elə avtobus sürücüləri də tapılır ki, səhvi düzəltmək əvəzinə, irad bildirən şəxsi döyür. Bu da paytaxt nəqliyyatına cavabdeh qurumun belə amillərə göz yummasından irəli gəlir.

Yaxud da, cavabdeh qurumun işinin öhdəsindən layiqincə gələ bilməməsi anlamını ortaya qoyur.






скачать dle 11.3
Mojo.az Banner