Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: “Virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək”

11.08.2021 17:32 648
Deputat: “Virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək”
Bir müddət əvvəl Azərbaycanda koronavirusa yoluxmanın minimuma enməsi Nazirlər Kabineti yanında Operativ Qərargaha bir çox məhdudiyyətləri aradan qaldırmağa imkan verdi. Bununla belə, bəzi şərtlər irəli sürüldü ki, hər kəsin onlara əməl etməsi vacib sayıldı. Təəssüf ki, bir çox insanlar bu şərtləri qulaqardına vurmağı sanki bir qəhrəmanlıq hesab etməyə başladılar, məsələn, açıq havada maskasız gəzməyə icazə verildi, adamlar qapalı məkanlarda da maska taxmadılar.

Bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli AZƏRTAC-a açıqlamasında bildirib. Deputat deyib: “Toy məclisləri ilə bağlı aparılan monitorinqlər göstərdi ki, adamlar nəinki vaksinasiya pasportu olmadan məclislərə axışır, hətta toylarda iştirakçı sayına qoyulan məhdudiyyətlər də çox vaxt kobud şəkildə pozulur. Küçələrdə, idarə-müəssisələrdə dezinfeksiya işləri arxa plana keçirildi, hətta bir çox böyük marketlərdə dezinfeksiya vasitələri yoxa çıxdı və s.

Nəticə göz qabağındadır, yoluxanların, aktiv xəstələrin və ölüm hallarının sayı sürətlə artmağa başladı. İki həftə əvvəl Azərbaycanda yeni yoluxanların sayı 200-dən bir qədər çox idisə, bu gün 2 000-ə yaxınlaşır. 1 000 nəfərə qədər aşağı düşən aktiv xəstələrin sayının 15 minə çatmasına bu gün az qalır. Gündəlik ölüm sayı sıfıra qədər düşdüyü halda bu gün 10 nəfəri keçib.

Yaddan çıxarmaq lazım deyil ki, hazırda koronavirusun meydana çıxan yeni mutasiyaları müxtəlif ölkələrdə sürətlə yayılmaqdadır, xüsusilə Rusiya, İran, Gürcüstan kimi qonşu ölkələrdə COVID-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunmaqdadır.

Qarşıda bizi daha narahatedici proqnozlar gözləyir, belə ki, yay tətili günlərində müxtəlif ölkələrə üz tutan soydaşlarımız bir müddətdən sonra geri dönəcək və onların potensial virus daşıyıcısı ola bilməsi ehtimalı yüksəkdir.

Ona görə də ölkəmizdə virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək, Operativ Qərargah yaxın zamanlarda bir sıra önləyici tədbirlər görmək məcburiyyətində qalacaq. Yeganə çıxış yolu hər kəsin qoyulan tələblərə ciddi əməl etməsi, peyvəndləmə işinin sürətlə və kütləvi şəkildə aparılmasıdır”.

скачать dle 11.3
Mojo.az Banner