Bakının rayonlarında dezinfeksiya tədbirlərinin qrafiki - YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər  |     22:56 Yüz yaşlı avtomobili sintetik yanacaqla işlətdilər  |     22:50 Bu institut “Toyota” aldı – 200 minə yaxın pul ödədi  |     22:44 Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI  |     22:38 Ərdoğan və Şahbaz Şərif İsrail-İran gərginliyini müzakirə ediblər  |     22:33 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri  |     22:26 Kreditlə telefon ala bilmədi, araq içib "İrşad" mağazasını qarət etdi  |     22:19 İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib (SƏBƏB)  |     22:14 Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?  |     22:06 İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?  |     22:00 Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır  |     21:55 241 nəfərin öldüyü qəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?  |     21:48 Vahid pasport sistemi yaradıldı  |     21:40 Maliyyə Nazirliyində yeni təyinat  |     21:35 Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır? - FOTO  |     21:26 Bu məhsullar bahalaşacaq - SİYAHI  |     21:20 Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu  |     21:13 Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər  |     21:05 "Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır  |     20:57 Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR  |    

Bakının rayonlarında dezinfeksiya tədbirlərinin qrafiki - YENİLƏNİB + FOTO

Bu gün Bakının Binəqədi və Nərimanov rayonlarında dezinfeksiya tədbirləri həyata keçirilir.

Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsi, 43, 45, 47, 49, 51, 53 və 55 ünvanlarında dezinfeksiya tədbirləri saat 10-da, Nərimanov rayonu Atatürk prospekti, 37, 37a və 39 ünvanlarında isə saat 11-də başlanılıb.

Məlumatlara görə, avqustun 11-i saat 10-da Nizami rayonu Şirin Mirzəyev 58, 58a, Qara Qarayev 33, 37, Şərifli 84,86, 88, 90 və 92 və saat 11-də Xətai rayonu Məhəmməd Hadi 113, 111, 109, 107 ünvanlarında, avqustun 12-i saat 10-da Sabunçu rayonu Sülh küçəsi, 40/90-94, Sülh küçəsi, 14/1 və saat 11-də Suraxanı rayonu Günəşli V massivi, 22, 23, 24, 25, 26, 27, 28 ünvanlarında , avqustun 13-ü saat 10-da Yasamal rayonu Şərifzadə 78, 80, 82 və saat 11-də Qaradağ rayonu İntiqam Nəbiyev 1, 2, 3, 21, 29, 31, 39, 41, 45, Hüseyn Məmmədov 5, 7, 9 ünvanlarında, avqustun 15-i saat 10-da isə Xəzər rayonu Şüvəlan qəsəbəsi, A.İldırım, 58, 60, 62 ünvanlarında koronavirus əleyhinə dezinfeksiya tədbirləri keçiriləcək.

* * * * *

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda pandemiyaya qarşı tədbirlər genişləndirilib, ümumşəhər dezinfeksiya həftəsi elan edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq paytaxt Bakı şəhərinin bütün rayonlarında BŞİH-in strukturları tərəfindən yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Ilkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.

Həftəsonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılıb.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır:

“Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 023 10.08.21 11:48