Mojo.az Banner
23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |    
Left Banner
Right Banner

Oturaq işdə çalışanların bədənində baş verən dəhşətli fəsadlar

09.08.2021 23:57 1 602
Oturaq işdə çalışanların bədənində baş verən dəhşətli fəsadlar
Əsrin yeni, müasir xəstəliyi - hipodinamiyadır. Yəni fiziki aktivliyin azalması, oturaq iş, oturaq həyat, bədənin hərəkətsizliyi. Oturaq həyat asta-asta, zamanla sağlamlığı öldürür, beyini və bədəni kütləşdirir, xroniki xəstəliklər yaranır, qan dövranı pozulur. İnsan onurğası oturmaq və uzanmaq üçün yox, dayanmaq və gəzmək üçün yaradılıb.
Median.Az
oturaq işdə çalışanların və evdə gününü keçirənlərin orqanizmində baş verən dəhşətli dəyişiklikləri təqdim edir.

1. Pis əhval-ruhiyyə, əsəb, depressiya

Lazımi qədər fiziki aktivliyin olmaması psixoloji, ruhi sferada da mənfi təsirini göstərir. Havasız kabinetlərdə, ofislərdə, evdə saatlarla qalmaq, bədənin eyni vəziyyətdə olması, dizlərin qatlanması, gözün eyni şeylərə baxması, orqanizmdə oksigen çatışmaması beyinin lazimi qədər qidalanmamasına gətirib çıxarır.

Ağciyərlər, beyin. aşağı çanaq orqanlarında qan dövranı pozulur. Bədəndə durğunluq yaranır. BU da getdikcə insanın xasiyyətini belə dəyişir, onu əsəbi, depression vəziyyətə gətirir.

2. Zəif sümüklər, xəstə oynaqlar

Sümüklərdə kalsium və vitamin D üçün insan ofisdə, evdə oturub, qutu-qutu vitamin içməməlidir. İnsan evdən çıxıb günəş altında gəzməli, qaçmalıdır. Oturaq həyat sümükləri əridir.

3. Yuxusuzluq, beyin dumanlanması, yaddaşsızlıq

Açıq havada gəzməyən, təbiətdə çalışmayan insanda daim oksigen aclığı olur, başına qan işləmir. Onun yuxusu az, səthi olur, yuxudan doymur və ya heç yata bilmir. Yuxusuzluq isə müxtəlif psixi və fiziki xəstəliklərə səbəb olur. Hormonal balans pozulur, insan kökəlir, piylənir, intelekti azalır, qocalır, daim gərgin, təşvişli olur.

4. Ürək-damar sistemi zəifləyir

Ürək bir əzələ orqanıdır. Damarlar isə qanı qovmaq üçündür. Hərəkət etməyən insanın ürəyi zəifləyir, qanı yaxşı qovmur, damarları tutulur. Ayaqlarında qan durğunluğu yaranır.

Bütün bunlardan qorunmaq və xilas olmaq üçün günün ən azı 2-3 saatını bədəni aktiv hərəkətə cəlb etmək, işdə də olsa 15 dəqiqə gəzmək, müxtəlif yüngül dartınma hərəkətləri, gimnastika etmək lazımdır.

İnsanın onurğası 3 saat eyni pozada olmamalıdır. O zatən gecə yuxuda 7-8 saat düz uzanır.

Evin içində iş görən, uşağa baxan evdar qadınlar isə mütləq təmiz havada 5000 addım gəzməyi vərdiş etməlidir. Çalışın, vaxtınız olan kimi pilləkən çıxıb qalxın. Filmlərə, instagrama isə meditasiya pozasında, yerdə bardaş quraraq və ya ayaq üstündə baxın.

Belə həyat tərzinə keçsəniz, cəmi 1 ilə çox müsbət dəyişikliklər görəcəksiz. /medicina.azскачать dle 11.3
Mojo.az Banner