Mojo.az Banner
17:30 Ordumuzun hərbçisi vəfat etdi  |     17:03 Naxçıvan yeni nazir müavini təyin olundu  |     16:50 Rusiya ordusu Ukraynada bir neçə yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:44 Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü  |     16:41 Sevgi münasibəti cinayətlə nəticələndi: Şantaj olundu, qonaq getdiyi evləri taladı  |     16:40 Dənizdə dörd nəfər BATDI: 13 yaşlı qızı xilas etmək mümkün olmadı  |     16:25 Taksi sürücüsü sərnişinə əxlaqsız təklif etdi - Video  |     16:21 Xaçmaz rayonunda meyit tapılıb  |     15:42 Daha bir ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı  |     15:34 FIFA prezidenti DÇ-2026-nı tənqid edənlərə cavab verdi  |     15:28 Vahid indekslərin siyahısı genişləndirildi - QƏRAR  |     15:10 Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək  |     15:01 Sabah da KÜLƏK əsəcək - 28.07.2026  |     14:32 Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü  |     14:30 Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi  |     13:22 Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB  |     13:03 Neft kəskin UCUZLAŞDI  |     13:01 Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq  |     12:46 Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu  |     12:44 Məşhur meymun "Punch" bir yaşını qeyd edib  |    
Left Banner
Right Banner

Azərbaycan və Bolqarıstan Prezidentləri energetika sahəsində əməkdaşlığı müzakirə ediblər

09.08.2021 20:19 1 200
Azərbaycan və Bolqarıstan Prezidentləri energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
Avqustun 9-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Söhbət əsnasında Azərbaycan təbii qazının Bolqarıstana ixracı və Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası Bolqarıstana təkcə təbii qaz deyil, elektrik enerjisinin də ixracına başlayıb və bu da energetika sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Prezident Rumen Radev Azərbaycanda yaradılmış sosial innovasiya mərkəzlərinin əhəmiyyətini vurğulayaraq bu sahədə ölkəmizin təcrübəsinə maraq ifadə edib.

Bolqarıstanın dövlət başçısı Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlıq ifadə edərək, bu səfərin münasib vaxtda həyata keçiriləcəyini bildirib.скачать dle 11.3
Mojo.az Banner