Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Toya gedən müğənnilər vaksin vurdurub? - ARAŞDIRMA

04.08.2021 12:55 999
Toya gedən müğənnilər vaksin vurdurub? - ARAŞDIRMA
Uzun müddətdən sonra Azərbaycanda toy və şənlik mərasimlərinin keçirilməsinə icazə verildi. Pandemiya şəraiti olduğundan belə mərasimlər müəyyən qaydalar çərçivəsində keçirilir. Bu qaydalardan ən vacibi toy şənliklərində iştirak edən hər bir kəsin peyvənd olunmasıdır.

Əlbəttə, şənlik, toy dedikdə ilk ağıla gələn müğənnilər olur.

Maraqlıdır, toyların ilk qonağı sayılan müğənnilər peyvənd olunublarmı? Yaxud onlar hansı vaksindən istifadə ediblər?

Median.Az xəbər verir ki, Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün tanınmış sənət adamlar arasında sorğu keçirib.

Müğənni Manaf Ağayev vaksin vurdurduğunu, amma hansı peyvənddən istifadə etdiyini unutduğunu deyir:

"Əlbəttə, vaksin olunmuşam. Həm də ilk peyvənd olunanlardanam. Amma üzərindən uzun müddət keçdiyi üçün hansı vaksin olduğunu unutmuşam”.

Nazənin Salayeva sualı cavablandırmaqdan yayınaraq, bu barədə danışmaq istəməyib.

Mətanət Əsədova isə "Mənə sənətimlə bağlı sual verin”, deməklə kifayətlənib.

Həmkarlarından fərqli olaraq, müğənni Xatirə İslam vaksinasiyadan keçənlər sırasındadır: "Vaksin olunmuşam, amma hansı vaksin bilmirəm”.

Vasif Məhərrəmli Pfizer vaksinindən istifadə etdiyini bildirib: "Bəli, vaksin olunmuşam. Almaniya və Amerikanın birgə istehsalı olan Pfizer vaksinindən istifadə etmişəm”.

Xalq artisti Gülyanaq Məmmədova isə "SinoVac" peyvəndinə üstünlük verdiyini vurğulayıb: "Vaksinin birinci dozasını vurdurmuşam. İkinci dozasının vaxtına az qalıb. Sinovac vaksinindən istifadə etmişəm”.

Xanəndə Gülyaz Məmmədova hələ avqustda peyvənd olunmağı planlaşdırır: "Mənim alergiyam olduğu üçün həkim yoxlanışından keçdim. Ona görə hələ vaksin vurdurmamışam”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.

Son xəbərlər