Mojo.az Banner
11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Ayağını itirən Qarabağ qazisi: “Yenə döyüşə getməyə hazıram” - VİDEO

03.08.2021 13:33 867
Ayağını itirən Qarabağ qazisi: “Yenə döyüşə getməyə hazıram” - VİDEO
Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin iştirakçısı Binnət Eyvazlı döyüşlərdə ağır yaralanaraq bir ayağını itirsə də yenə döyüşə hazır olduğunu bildirir.

B.Eyvazlı Trend-in Qarabağ bürosunun əməkdaşları ilə söhbətində "Vətənpərvərlik içimizdən gəlir” dəyərək keçdiyi döyüş yolundan bəhs edib.

Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olan Qarabağ qazisi 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanan döyüşlərə qatılıb. Elə həmin gün qolundan qəlpə yarası alsa da döyüşə davam edib:

"Qolumdan yaralandım, amma geri qayıtmadım, yaramı sarıyıb irəli getdim. Növbəti dəfə isə minaya düşdüm, ayağımı itiridim, daha sonra yanımıza mərmi düşdü. Gözümü açanda artıq xəstəxanada idim”.

B.Eyvazlı xüsusilə vurğulayıb ki, müharibə zamanı döyüş yoldaşları daim irəli getməyə can atıb, bir gün də olsun geri çəkilməyiblər:

"Hamı qəhrəmancasına döyüşürdü, heç kimin gözündə qorxu yox idi. Çünki biz öz tarixi torpağımız uğrunda, haqq-ədalət yolunda vuruşurduq”.

Qarabağ qazisi onu da əlavə edib ki, Azərbaycan dövləti həmişə qazilərin, müharibə veteranlarının yanında olub, onlara diqqət və qayğı göstərib. İstər yaralandığı zaman, istərsə də son aylarda lazım olan müalicə və müayinələri keçib.

Videoreportajı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner