Mojo.az Banner
SON DƏQİQƏ
13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |    
Mojo.az Avto
Mojo.az Avto

Kəşfiyyatçı “Xanı”: “Minada ayağını itirən əsgər komandirini 600 metr sürümüşdü” - VİDEO

09.12.2020 14:23 4 920
Kəşfiyyatçı “Xanı”: “Minada ayağını itirən əsgər komandirini 600 metr sürümüşdü” - VİDEO
“Əsgər minaya düşərək, ayağının birini itirmişdi, bir ayağı olmadığı halda komandirini 600 metr sürümüşdü”.

Qafqazinfo-nun verdiyi xəbərə görə, bunu əslən Ağdam rayonundan olan məşhur kəşfiyyatçı, “Xanı” ləqəbli Səyyaf Əhmədov Birinci Qarabağ Müharibəsi ilə bağlı xatirələrini bölüşərkən deyib.

O bildirib ki, yaxşı dostlarından bir neçəsi şəhid olub:

“1993-cü il dekabrın 30-da döyüşdə əsgərin ayağını mina aparmışdı, döyüş yoldaşları onun ayağına “jqut” bağlayıb üzümlüyə qoymuşdu. Əsgər ayılanda görmüşdü ki, komandirinin cəsədi yanındadır.

Həmin əsgər bir ayağı olmadığı halda komandirini 600-700 metr daşıyaraq gətirmişdi. Bunu hər əsgər edə bilməzdi, Azərbaycan əsgəri edə bilərdi”.

“Xanı” döyüş yoldaşı Şamilin onu necə xilas etməsindən də danışıb:

“Şamil məni yaralı halda daşıdı. 400-500 metr getdi, mən çox deyəndən sonra yerə qoydu. Bu vaxt yanımıza mərmi düşdü, Şamil özünü mərminin üstünə atdı. Sonra ətrafdakı adamlar bizə köməyə gələndə Şamil hər kəsə qışqırırdı ki, “Xanı”nı aparın həkimə”.скачать dle 11.3

Son xəbərlər