Baş prokuror Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvindən DANIŞDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər  |     22:56 Yüz yaşlı avtomobili sintetik yanacaqla işlətdilər  |     22:50 Bu institut “Toyota” aldı – 200 minə yaxın pul ödədi  |     22:44 Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI  |     22:38 Ərdoğan və Şahbaz Şərif İsrail-İran gərginliyini müzakirə ediblər  |     22:33 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri  |     22:26 Kreditlə telefon ala bilmədi, araq içib "İrşad" mağazasını qarət etdi  |     22:19 İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib (SƏBƏB)  |     22:14 Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?  |     22:06 İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?  |     22:00 Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır  |     21:55 241 nəfərin öldüyü qəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?  |     21:48 Vahid pasport sistemi yaradıldı  |     21:40 Maliyyə Nazirliyində yeni təyinat  |     21:35 Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır? - FOTO  |     21:26 Bu məhsullar bahalaşacaq - SİYAHI  |     21:20 Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu  |     21:13 Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər  |     21:05 "Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır  |     20:57 Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR  |    

Baş prokuror Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvindən DANIŞDI

“Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi üçün tərəfimdən Milli Məclisə təqdimat verilib”.

Bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsinin müzakirəsi zamanı baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, təqdimat üçün kifayət qədər əsaslar olub.

Baş prokuror qeyd edib ki, Eldəniz Səlimov həm də karantin rejimi qaydalarını pozub.

“Baş vermiş hadisənin mahiyyəti ondan ibarətdir ki, deputat Eldəniz Səlimov qohumuna məxsus restorana gəlib. Eldəniz Səlimov polis əməkdaşının karantin rejimi qaydalarını xatırlatmasından sonra atasını ora çağırıb və sonra münaqişə yaranıb. Məsələnin etik tərəfi aydındır, hüquqi tərəfinə gəlincə, adekvat tədbirlər görülüb. Cinayət işinin hərtərəfli, obyektiv aparılması üçün Eldəniz Səlimovun toxunulmazlıq hüququna xitam verilməlidir, - deyə K.Əliyev əlavə edib.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 035 03.08.21 12:58