Mojo.az Banner
21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

"Kinoya aidiyyatım olsaydı, ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı..."

02.08.2021 19:57 729
“Məni niyə kino günündə təbrik edirsiniz? Mənim axı kinoya aidiyyatım yoxdur! Kinoya aidiyyatım olsaydı ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı, təbrik edərdi. İndiyə qədər heç kimdən bir diplom, diplom o yana qalsın, bir quru təbrik də görməmişəm!”

Bunu Moderator.az-a açıqlamasında “Bizim Cəbiş müəllim” filmində Makedon obrazının ifaçısı Aqil Ağacanov deyib. O daha sonra əlavə edib.

“Heyf ki, bu illər ərzində mənə qiymət verilmədi. Siz jurnalistsiniz də, zəng edib Mədəniyyət Nazirliyinə deyin ki, niyə indiyə qədər bu insanı saymamısınız? Sayanı sayıram, saymayanın başının ağasıyam! Bütün kanallar, saytlar zəng edib məndən müsahibə istəyir, heç vaxt danışmıram. Mənə lazım deyil durub bambılılıq edib, televizora çıxım! Siz hər zaman mənim saqqızımı oğurlayırsınız! Bircə Roza Zərgərli hər dəfə məni verilişinə çağıranda gedirəm. Roza ilə canciyərəm! Heç vaxt da qapı döyməmişəm. Ona görə də heç kimlə nə əlaqə saxlayıram, nə də danışıram. Film həyatı ilə də qurtarmışam. Həsən Seyidbəyliyə böyük hörmətim olub. İki filmdə çəkilmişəm” - deyə o bildirib.

Aqil Ağacanov hazırkı fəaliyyətindən də danışıb.

“Pirşağı kəndində yaşayıram. Kənddə 6-cı dərəcəli şef aşpazam. Hamı tanıyır, hörmətlə yanaşır. Nəvələrimlə günümü keçirirəm, onlarla oynayıb-gəzirəm. Bəzi saytlarda yazırlar ki, guya Həsən Seyidbəyli mənə mərcdə uduzduğuna görə filmə çəkib. Amma bu belə olmayıb. Həsən Seyidbəyi əslən Maştağadandır, amma Pirşağıda da bağı var idi. O vaxt ssenari hazır idi, filmə aktyor seçirdilər. Biz də uşaqlarla bağların kənarında oturub meyxana deyirdik. Bir kişi gəlib mənə dedi ki, “Oğlum, mən kinoçəkənəm, səni çəksəm gələrsən?”. Etiraz edərək dedim ki, mənim kinoda nə işim var? Həsən müəllim təkid etdi ki, vallah gözəl film olacaq, sənə də yaxşı rol verəcəyəm. Sonra ona dedim ki, məhəllə uşaqlarımı da çəksəniz çəkilərəm. Filmdə bizimlə Ziya Seyidbəyli, Cahangir Zeynalov da çəkildi. Qalan uşaqlar isə mənə görə Pirşağı kəndinən gəlmişdilər. Çox maraqlı günlər idi. Həmin səhnədə uşaqların dediyi meyxananı Ağasəlim Çıldaq yazmışdı” - deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner