Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayraqla getdi, bayraqla qayıtdı - FOTO

30.07.2021 23:14 723
Bayraqla getdi, bayraqla qayıtdı - FOTO
Onun qəlbində üçrəngli Azərbaycan bayrağına çox böyük məhəbbət var idi...

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, orta məktəbi bitirəndən sonra hərbi xidmətə yola salınması məclisində, hərbi komissarlığa yola düşəndə üçrəngli Azərbaycan bayrağına bürünməsi də Turalın bayrağa olan sevgisinin ifadəsi idi.

Onun bir sevgisi də doğma Laçınla bağlı idi. Xırdalanda dünyaya göz açsa da, əslən Laçın rayonunun Korcabulaq kəndindən olan Tural kiçik qardaşı Mehdini həmişə Azərbaycan xəritəsinin qarşısına gətirər, Qarabağı, Laçının yerləşdiyi ərazini göstərər, həmin ərazilərin tezliklə geri qayıdacağını söyləyərdi. Nənəsi Gülbəsə "Laçını azad edib səni doğma yurduna aparacağam", - deyirdi.

"Niyyətin hara, mənzilin ora", - deyiblər. Vətən müharibəsi başlayanda Tural on bir ay idi ki, hərbi xidmətdə idi. O, sentyabrın 27-dən haqq savaşının ən ön sıralarında erməni yaraqlılarının torpağımızdan qovulub çıxarılması əməliyyatlarında iştirak edir. Onunla bir yerdə olan yoldaşlarının dediyinə görə, Tural çox böyük mərdlik və cəsarətlə döyüşürdü. Hissədə hamı onu qorxmaz və igid bir döyüşçü kimi tanıyır. Təəssüf ki, Vətən və bayraq sevdalısı olan cəsur əsgərin döyüş yolu oktyabrın 1-də Suqovuşan uğrunda qırılır. Laçını görmədən əbədiyyətə qovuşub.

Xırdalan şəhərində yerləşən Laçın rayon 45 saylı orta məktəbin məzunu olan Tural Rəhimli haqqında istər orta məktəb, istərsə də əsgər yoldaşları ən xoş xatirələr söyləyirlər. O, doğma torpağı azğın düşməndən təmizləmək üçün hər şeyə hazır idi və bunu heç kəsdən, hətta anasından da gizlətməyib. Müharibə başlayandan sonra anası Süsənlə telefon danışığında "Şəhid olsam, ağlamayın", - demişdi.

Şəhidlik zirvəsinə oktyabrın 1-də qovuşdu. Suqovuşan uğrunda döyüşdə onun da qanı canından çox sevdiyi Vətən torpağına qarışdı. Bürünüb hərbi xidmətə getdiyi Azərbaycan bayrağına bürünərək qayıtdı. Onu Xırdalan qəbiristanlığında torpağa tapşırdılar.

Tural Rəhimov döyüş meydanında göstərdiyi igidliyə görə " Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad edilməsi uğrunda" medallarına layiq görülüb.

Laçının azad olunduğunu görməsə də, doğma yurda ayaq basa bilməsə də, müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına işğal altında olan rayon öz sakinlərinə qovuşdu.

скачать dle 11.3
Mojo.az Banner