Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhidlik zirvəsinə ucalan 25 yaşlı Cəbrayıl Qasımov - FOTO

26.07.2021 23:52 1 023
Şəhidlik zirvəsinə ucalan 25 yaşlı Cəbrayıl Qasımov - FOTO
Əsrlərə bərabər 44 gün ərzində öz şücaətləri ilə seçilib-fərqlənən igid əsgərlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Ana torpağa tükənməz sevgilərindən güc aldılar, vuruşdular. İşğalçı düşmənin üzərinə yeriyəndə də, torpaq uğrunda son damla qanlarınadək vuruşub şəhidlik zirvəsinə ucalanda da son sözləri "Vətən" oldu. Belə qəhrəman əsgərlərimizdən biri də şəhid Cəbrayıl Qasımovdur.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Cəbrayıl Baloğlan oğlu Qasımov Vətən uğrunda canlarından keçməyi gözə alaraq, torpaqlarımızı mənfur düşməndən azad etməyə könüllü yollanaraq şəhid olan igid oğullarımızdandır. O, 1996-cı il iyulun 16-da Masallı rayonunun Ərəb kəndində doğulub. 2002-2013-cü illərdə Masallı şəhər 1 nömrəli tam orta məktəbində oxuyub. Orta təhsilini başa vurduqdan sonra 2014-cü ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, "N" saylı hərbi hissəsində rabitəçi kimi davam etdirib. 2016-cı ilin yanvar ayında ordu sıralarından tərxis olunan Cəbrayıl ailənin yeganə oğul övladı idi. Aprel döyüşlərində düşməndən qisas almaq ona nəsib olmasa da general Polad Həşimov və bir neçə hərbçilərimizin düşmən təxribatı nəticəsində şəhid olması Cəbrayılı çox narahat edir.

Şəhidin anası Fatimə Qasımova deyir: "Cəbrayıl əsgərlikdən gələndən sonra iyul hadisələri oldu. Polad Həşimovun, Anar Novruzovun ölümündən sonra özü dedi ki, ana məndə gedirəm müharibəyə. Mən həqiqətən yalvardım ki, Cəbrayıl sən bir dənə balasan, iki ildir nişanlısan, məni peşman etmə. Ana, bəs Vətəni kim qoruyacaq? Mən gedəcəyəm, əgər qismətimdə şəhidlik varsa şəhid olaram, olmaramsa sağ-salamat qayıdaram".

Rəşadətli Azərbaycan Ordusunun cəsur əsgəri Cəbrayıl Qasımov Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi ötən il oktyabrın 9-da doğulduğu Ərəb kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədə Qasımovlar ailəsinin də payı var. Cəbrayılın atası Baloğlan Qasımov 1-ci Qarabağ müharibəsində 4 il könüllü olaraq düşmənə qarşı mərdliklə döyüşüb. Oğluna uşaqlıqdan düşmənin mənfur niyyətindən və hiyləsindən, Xocalıda soydaşlarımızın başına gətirilən müsibətlərdən tez-tez danışardı. Müharibə başlayanda Cəbrayıl ürəyində olan arzusuna çatır. Cəsur əsgər atasının yarım qalan işini qanı bahasına tamamlayır.

Şəhid atası Baloğlan Qasımov deyib: "Mənə qismət olmadı bu qələbəni qazanmaq, torpaqları azad etmək. 30 il üstündən keçdikdən sonra bu qələbəni qazanmaq övladıma qismət oldu. Oğlum şəhidlərimizin və qazilərimizin qisasını aldı. Sonraki illərdə və 44 günlük müharibədə şəhid olan silahdaşlarının qanını yerdə qoymadı. Xocalının, Laçının, Şuşanın qisası alındı. Bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Onlar bizim başımızı uca etdi".

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Cəbrayıl Baloğlan oğlu Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. Ötən il ailəsi ilə doğum gününü keçirən Cəbrayıl bu il 25 yaşını cənnətdə tamamladı. Cənnətdəki yubileyin, qazandığın uca zirvən mübarək Cəbrayıl!

скачать dle 11.3
Mojo.az Banner