Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Kapitanı azərbaycanlı olan gəmi 32 suriyalı miqrantı xilas etdi - VİDEO

26.07.2021 11:40 1 089
Kapitanı azərbaycanlı olan gəmi 32 suriyalı miqrantı xilas etdi - VİDEO
İyulun 22-də Malta bayrağı altında Aralıq dənizində üzən, kapitanı milliyyətcə azərbaycanlı Rafiq Əfəndiyev olan “Aral” tankeri 32 suriyalı miqrantı xilas edib.

Bu barədə “Report”a açıqlama verən kapitan bildirib ki, xilasetmə əməliyyatı Krit adasının 70 mil Cənub-Şərqində baş tutub:

“İyulun 22-i idi. Aralıq dənizində Şimal-Qərbdən gələn 7-8 bal gücündə fırtına var idi. Bakı vaxtı ilə saat 13:40-da məni “Olympia” radiosundan çağırdılar. Xarici ölkələrarası təcili yardım üzrə dənizdə xilasetmə ofisi ilə əlaqəyə keçdim. Onlar bildirdilər ki, bizdən 18 mil Şimal-Qərbdə bir qayıq qəza siqnalı verib və biz təcili həmin əraziyə getməliyik. Xəbəri alan kimi kursu dəyişmək əmri verdim. Təxminən iki saata qəza siqnalı verən qayığa çatdıq. “Rahvan” adlanan pirat qayığının üzərində Türkiyə bayrağı asılmışdı və onun Türkiyəyə məxsus olduğu iddia edilsə də, bu elə deyildi.

Yaxtada olan qaçqınlar əsasən suriyalılar idi. Həmçinin onlar arasında iki İran, bir Fələstin vətəndaşı da var idi.

Xilas etdiyimiz insanlar heç özləri qayıqda neçə nəfərin olduğunu bilmirdilər. Biri 45, digəri 48 adam olduğunu söylədi. Mən təcili xilasetmə ofisinə 45 nəfər olduğunu və 32 nəfəri xilas etdiyimizi bildirdim. Miqrantların sözlərinə görə, altı nəfəri hansısa helikopter xilas edib. Bir nəfəri isə alman tankeri xilas edib və onu yunan helikopteri Krit adasına aparıb.

Biz 32 nəfəri xilas etdikdən sonra, təxminən Yunanıstan vaxtı ilə 19:00-da daha bir saat axtarış-xilasetmə əməliyyatlarını apardıq. Sağ qalan tapmasam da iki qadın cəsədi aşkar etdim. Daha sonra kursu Krit adasının “IEREPETRA” limanına doğru dəyişdim. Artıq iyulun 23-ü saat 03:00-da miqrantlar sağ-salamat adaya çatmışdılar”.

Kapitan qeyd edib ki, sahilə çıxarılan qaçqınlara isti içki və qida verilib, yaralı olanlara ilkin tibbi yardım göstərilib: “Təxminən üç saat sonra, yəni səhər saat 06:00-da Krit adasının sahil təhlükəsizlik xidməti həmin miqrantları təhvil aldı. Xilas etdiklərimiz arasında 1-i qadın, 1-i 5 yaşlı qız uşağı, qalanı isə kişilər idi”.

Son xəbərlər