Mojo.az Banner
19:58 Cavanlaşmaq üçün üzü duzla yumağın faydaları  |     19:50 Azərbaycanda məmurun qızı xəstəlikdən vəfat etdi – FOTO  |     19:41 Ən cəsur bürc: Heç nədən qorxmurlar  |     19:35 Rusiya ordusu Ukraynanı bombaladı  |     19:27 Aİ lideri: Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır  |     19:20 Stressin xərçəngə səbəb olduğu isbat olundu  |     19:13 Üç kəndin adı dəyişdirilir - SİYAHI  |     19:06 Maştağada iki gün su olmayacaq  |     18:59 Polis daha bir tiktokeri saxladı  |     18:55 Əsabil Qasımovun qalmaqallı qohumuna "stop" qoyuldu  |     18:49 Gəncənin Baş planı təsdiq EDİLDİ  |     18:43 “Boşanmalar alimentə görədir?” - Deputat və psixoloqdan açıqlama  |     18:35 Azərbaycanlı şagird Türkiyədə vəfat etdi - Foto  |     18:29 Könül Həmzəyeva axtarışa verildi  |     18:21 Ülviyyə Axundova şöbə rəisi təyin edildi  |     18:15 "İrana hücumların ən çox olduğu gün olacaq" - ABŞ tarix verdi  |     18:10 Antonio Koşta sabah Azərbaycana gəlir  |     18:06 Azərbaycanda 82 yaşlı direktora "stop" qoyuldu  |     18:02 20 mindən çox abonent qazsız QALACAQ  |     17:57 Canlı yayımda söyüş söyən daha bir tiktoker cəzalandırıldı  |    
Left Banner
Right Banner

Rayonlardan Bakıya axın başladı - Avtovağzallarda vəziyyət necədir? - VİDEO

22.07.2021 17:08 846
Rayonlardan Bakıya axın başladı - Avtovağzallarda vəziyyət necədir? - VİDEO
Qurban bayramını bölgələrdə yaşayan yaxınları ilə qeyd etmək üçün rayonlara üz tutan sərnişinlər artıq paytaxta qayıtmağa başlayıblar. Bu səbəbdən rayonlardakı şəhərlərarası avtovağzallar gücləndirilmiş iş rejimində çalışır. Bəs bayramı fürsət bilən şəhərlərarası fəaliyyət göstərən taksi qiymətləri hansı səviyyədədir?

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Qurban bayramı günlərində Paytaxt Bakıdan Lənkərana gələn sərnişinlərin sayında artım müşahidə olunub.

Lənkəran avtovağzalından verilən məlumata görə, bayram günlərində rayona gələn və gedən sərnişinlərin sayı adi günlərdən 2 dəfəyə kimi artıb. Bu artım nəzərə alınaraq, xətlərə əlavə avtobuslar buraxılıb. Qiymətlərə gəlincə isə, avtovağzal rəsmisi süni qiymət artımına ciddi nəzarət edildiyini, gedişhaqlarının tarif şurasının müəyyən etdiyi qaydalara uyğun həyata keçirildiyini bildirdi.

Paytaxta üz tutanlar avtobuslarla bərabər taksilərdən də istifadə edirlər. Sürücülərin sözlərinə görə, bayram günlərində qiymətlər əvvəlki günlərlə eyni səviyyədə qalıb.

Gəncədən paytaxta sərnişin daşıyan avtobus və mikroavtobuslar öz qrafikləri üzrə hərəkət edirlər. Bayram tətilinin son günləri olmasına baxmayaraq, Gəncə avtovağzalında nəzərəçarpacaq sıxlıq müşahidə olunmur. Bakı istiqamətinə yola düşən iri və orta tutumlu avtobusların sərnişin yükü adi günlərdəkindən fərqlənmir. Biletlərin qiymətində də dəyişiklik yoxdur.

Taksilərlə bağlı vəziyyət də eynidir. Bakıya taksiylə getmək istəyənlər üçün yol xərcləri adi günlərdəkindən fərqlənmir.

Bayram günlərində Şəkidən digər rayonlara gedən sərnişinlərin sayında ciddi artım olmasa da, Bakı istiqamətində sərnişindaşımada intensivlik artıb.

Bayram günlərində paytaxta, ətraf rayon və şəhərlərə sərnişin daşıyan taksilər də bu günlərdə qiymət artırmadıqlarını bildiriblər.

Avtovağzallardan onu da bildirdilər ki, bu bayram sıxlığın yaşanmamasına səbəb sərnişinlər arasında tələbə kontingentinin olmamasıdır. Eyni zamanda artıq gecə reyslərinin istifadəyə verilməsi də gündüz olan sərnişin yükünü azaltmağa kömək edib.скачать dle 11.3
Mojo.az Banner