Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Məqsədli şəkildə metronu, avtobusu bağlayıb taksi şirkətlərini varlandırırlar” – Deputat etiraz etdi

22.07.2021 16:58 951
“Məqsədli şəkildə metronu, avtobusu bağlayıb taksi şirkətlərini varlandırırlar” – Deputat etiraz etdi
"Həftəsonları ictimai nəqliyyatın işləməməsi məqsədyönlü şəkildə taksi şirkətlərinin marağını güdmək üçün verilib. Görünür bu qərar onlara daha çox qazanc imkanı yaratmaq üçündür. Bunun başqa adı yoxdur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O, bildirib ki, bu qərarın pandemiya ilə əlaqəsi yoxdur: "Bu qərarın pandemiya ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşı bilərəkdən sıxıntıya salıb taksi şirkətlərini qazandırırlar. İnsanlar bir yerdən başqa yerə niyə ancaq taksi ilə getməlidirlər? Qadınların çoxu heç taksiyə minmək istəmir, bu mövzuda ciddi problemlər var. Bəs insanlar nə etsin, bəlkə biri xəstədir, birinin problemi var, onlar nə etməlidirlər? Onların istifadə etdiyi ancaq avtobus və metrodur. Heç qatar da yoxdur. Vətəndaşa əziyyət vermək üçün düşünülmüş qərardır və bu qərar ümumiyyətlə ləğv edilməlidir. Şənbə, bazar günləri də ictimai nəqliyyat işləməlidir”.

Qeyd edək ki, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.скачать dle 11.3
Mojo.az Banner