Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev: “Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi artıb”

20.07.2021 21:26 1 188
İlham Əliyev: “Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi artıb”
Moskva və Bakı ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı inamla irəliləməkdə davam edir. İlin ilk altı ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi artıb.

“RİA Novosti” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı bildirib.

“İkitərəfli gündəliyimizdə duran məsələlərlə bağlı çox inamla irəliləyirik, ticarət dövriyyəsi ilk altı ayda böyüyüb. Bu, çox vacibdir, çünki keçən il 10%-dən çox bir azalma yaşadıq”, - deyə Azərbaycan Prezidenti bəyan edib.

İlham Əliyevin sözlərinə görə, tərəflər nəqliyyat və tranzit münasibətlərində də fəal şəkildə əməkdaşlıq edir.

“Şimal-Cənub nəqliyyat dəhlizi keçən ilə nisbətən təxminən 20% daha çox yük daşıyıb. Odur ki, dəhliz artıq daha böyük həcmdə çalışır”, - deyə prezident qeyd edib.

Son xəbərlər