Mojo.az Banner
11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Litvalı jurnalistdən təsirli Şuşa paylaşımı: “Şuşa Azərbaycanın qürurudur!”

19.07.2021 15:31 825
Litvalı jurnalistdən təsirli Şuşa paylaşımı: “Şuşa Azərbaycanın qürurudur!”
"Mən 8 may 1992-ci ildən bəri ona doğru addımlayırdım. Neçə gün, neçə ay bir an kimi gəlib keçdi. Və düz otuz ildir ki, hər kəsə Azərbaycanın mədəniyyət beşiyi olan müqəddəs Şuşa şəhərinə qayıdacağımı söyləyirdim!!!”

Bu fikirləri özünün "Facebook” səhifəsində Litvalı jurnalist, Xocalı hadisələrinin canlı şahidi, Qarabağ müharibəsi həqiqətlərini barədə mütəmadi yazılarla çıxış edən Riçardas Lapaitis yazıb.

İşğaldan azad olunan Şuşaya səfərini təsirli cümlələrlə oxucularına təqdim edən Riçardas Lapaitis qədim Azərbaycan şəhərini açıq havada mavzoleyə bənzədib.

"Burada hər addım başı mədəniyyət abidələri, məscidlər, qəbiristanlıqlar və bütün Azərbaycanın tarixi var! Dağların üstündə bir bayraq gördüm! Azərbaycan bayrağı - bu, şəhərin bütün bəşəriyyətə açıq olması deməkdir!”

Azərbaycan Prezidenti tərəfindən "Dostluq” ordeni ilə təltif edilən jurnalist düşmənin 30 il ərzində Şuşada törətdiyi vəhşiliklərə də xüsusi yer ayırıb.

"Ermənistan otuz ilə yaxın zaman ərzində burada ona aid olmayan hər şeyi - mədəniyyət abidələrini, əlyazmaları, məscidləri, müqəddəs kitabları, xalçaları qədim qəbiristanlıqları, məqbərələri məhv etməyə çalışıb. Otuz illik faşizm həm insani, həm də mədəni irs baxımdan dəhşətli itkilərlə nəticələnib!”.

Litvalı jurnalist həmçinin qeyd edib ki, 2020-ci ilin noyabr ayında ordumuz Şuşanı işğaldan azad etməklə Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib.

"Şuşa Azərbaycanın qürurudur. O da nəhayət mənim kimi evinə qayıtdı!!! Sizi, yanımızda olanları, bizi həmişə dəstəkləyənləri və inananları möhkəm qucaqlayıram! Artıq başqa bir tarixi... Ən əzəmətli Azərbaycan şəhəri Şuşanın çiçəklənmə tarixini yazacağıq! Bunu bütün qəlbimlə arzu edirəm!”.скачать dle 11.3
Mojo.az Banner