Mojo.az Banner
14:18 Türkiyədə hoteldə yanğın: Ölən var  |     14:14 Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir - İşəgötürənlərin NƏZƏRİNƏ  |     14:12 Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK  |     13:33 Bəzi qadınlar pensiyaya 60 yaşında çıxsınlar - TƏKLİF  |     13:12 Oğuzda 14 ağacı kəsən şəxsi polis yaxaladı  |     12:55 Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq hadisəsinin ANBAAN GÖRÜNTÜLƏRİ  |     12:40 Azərbaycanda tanınmış kosmetoloq barəsində yeni hökm çıxarıldı - FOTO  |     12:26 Dövlət vəsaitini mənimsəməkdə ittiham olunan bağça müdiri və müavininə BƏRAƏT VERİLDİ  |     12:13 Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu  |     11:44 Malayziya kralı Azərbaycan Prezidentini təbrik etdi  |     11:39 Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı  |     11:33 Arutyunyan və digərlərinin məhkəməsi başlayır  |     11:16 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq  |     22:58 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb  |     22:51 Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO  |     22:41 Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi  |     22:34 Qanunsuz heyvan kəsimi və satışına yol verilməyəcək - XƏBƏRDARLIQ - VİDEO  |     22:28 Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA  |     22:20 İranın yeni şərti ortaya çıxdı: ABŞ ilə razılaşma üçün Pekin zəmanəti  |     21:53 May ayından sonra... həyatı heç vaxt əvvəlki kimi olmayacaq BÜRCLƏR  |    
Left Banner
Right Banner

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM

07.05.2021 12:19 2 046
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM
Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncam Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə verilib.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.

Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.скачать dle 11.3
Mojo.az Banner