Mojo.az Banner
20:46 Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməyənlər cəzalandırılacaq  |     20:41 İcra hakimiyyətlərində kütləvi ixtisarlar niyə artır? - Video  |     20:34 İran bu ölkənin Hörmüz boğazından keçməsinə icazə verdi  |     20:29 Rusiya Azərbaycan vasitəsilə İrana dərman göndərir  |     20:21 Azərbaycanda könüllü kredit qadağası olacaq  |     20:16 Sabah hava necə olacaq?  |     20:10 Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik - Məsafəyə görə... (VİDEO)  |     20:02 Sosial ödəniş alanlara şad xəbər: Sabah hamısı ödəniləcək  |     19:57 Bu gecə üçüncü Qədr gecəsidir  |     19:49 Fitrə zəkatı nə qədər olmalıdır? - AÇIQLAMA  |     19:43 Mikromobillik vasitələrindən istifadə edənlərin sayı təxminən 3 dəfə artıb  |     19:35 Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı  |     19:30 Tramp ABŞ-də benzinin bahalaşmasına görə hərəkətə keçdi  |     19:22 Ankarada ZƏLZƏLƏ oldu  |     19:13 Magistraturaya qəbul üzrə ölkə birincisi məlum oldu  |     19:12 Paşinyan Vensə Qarabağın tarixinə dair kitab hədiyyə edən direktoru işdən qovdu  |     18:49 İcra başçısı köməkçisini vəzifəsindən azad etdi  |     18:38 Azərbaycanda gəmi təmiri şirkətinin rəhbəri vəfat etdi - FOTO  |     18:20 110 min manat verib məktəb direktoru olmaq istədi, aldadıldı - Silsilə dələduzluğun TƏFƏRRÜATI  |     18:15 Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir? - Video  |    
Left Banner
Right Banner

Sahibkar da reket jurnalistin qurbanı oldu - AÇIQLAMA

17.07.2021 15:17 1 380
Sahibkar da reket jurnalistin qurbanı oldu - AÇIQLAMA
Sahibkarlardan və vəzifəli şəxslərdən pul tələb edən reket jurnalist Hacı İbrahim daha bir əməlinin üstü açılıb. Belə ki, özünü media nümayəndəsi kimi təqdim edən “Korrupsiyaya son” qəzetinin təsisçisi Hacı İbrahim daha bir iş adamını şantaj edib.

Bu barədə Oxu.Az-a zərərçəkmiş sahibkar Rəşad Qədirov özü məlumat verib.

H.İbrahim sahibkara zəng edərək ona hansısa nişanın təqdim ediləcəyini bildirib:

“Əvvəlcə telefonda mənə dedi ki, sizə hədiyyə nişan verəcəyik. Guya həmin nişanı öz qohumu vasitəsi ilə yollayacaq. Ofisə gəldilər və nişanı verdikdən sonra dedilər ki, işçisinə çəkiliş üçün “hörmət” etməliyəm.

Mən pul vermək istəməsəm də, söz-söhbət uzandı və sonda məndən 240 manat pul aldılar. Daha sonra dedi ki, sizə nişanı gətirən zaman yolda maşınları vurulub və 100 manat da əlavə aldılar”.

R.Qədirov bildirib ki, H.İbrahim başqa-başqa nömrələrdən zəng edərək pul tələb edib:

“Telefonda öz adi ilə danışırdı, amma ofisə gələn zaman başqa adla özünü təqdim edirdi. Məndən dəfələrlə pul istəsələr də vermədim. Daha sonra şantaj məqsədli məqalələr yazdılar. Onun çıxarılması üçün 240 manat və ayrı-ayrı vaxtlarda iki dəfə 150 manat pul istədilər. Yazının silinməsi üçün onların kart hesablarına pul yolladım”.

Qeyd edək ki, H.İbrahim Bakıda həkimi şantaj etdiyi üçün həbs edilib.скачать dle 11.3
Mojo.az Banner