Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Hesablama Palatası “Azərbaycan” Nəşriyyatında yoxlamalara başladı – Nə baş verir?

14.07.2021 21:49 681
Hesablama Palatası “Azərbaycan” Nəşriyyatında yoxlamalara başladı – Nə baş verir?
Azərbaycan Respublikası Hesablama Palatası "Azərbaycan” Nəşriyyatında audit yoxlamasına start verib.

Uzun illərdir, heç bir maliyyə yoxlanışına məruz qalmayan "Azərbaycan” Nəşriyyatı ilə bağlı belə bir qərarın verilməsi ehtimal edilən maliyyə yeyintiləri ilə əlaqədardır.

Xatırladaq ki, "Azərbaycan” Nəşriyyatının direktoru sabiq millət vəkili Ağabəy Əsgərovdir. Onun rəhbərlik etdiyi illər ərzində isə nəşriyyatda nəinki hansısa təmir-tikinti işləri aparılmayıb, əksinə bina demək olar ki, baxımsızlıqdan dağılıb, infrastruktur talan edilib.

Qəzet-jurnal və onlayn media qurumlarına icarəyə verilən redaksiya otaqları isə bərbad vəziyyətdədir. Kimsə öz maddi hesabına otaqğını təmir etdiribsə, bu başqa məsələ, amma digər əksər otaqlar uçub, dağılır. Koridorlar, sanitar qovşaqlar isə müharibədən çıxmışməkan təəssüratı yaradır.

Əvəzində isə nəşriyyatın otaqları təyinatından kənar istifadə edilir. Burada stamotoloji klinikadan tutmuş, qızıl alveri edən biznes strukturuna qədər bir çox icarəçiyə rast gəlmək mümkündür. Bütün otaqların icarəyə verilməsinə baxmayaraq, binanın təmiri, heç olmasa qorunması nədənsə Ağabəy Əsgərovun yadına düşmür.

Odur ki, Hesablama Palatasının burada yoxlama aparmasından sonra ortaya ciddi maliyyə maxinasiyalarının çıxacağı şübhə doğurmur. Bu isə sözün həqiqi mənasında isə Ağabəy əsgərov üçün son olacaq.

Əldə etdiyimiz məlumatda vurğulanır ki, yoxlamaların nəticəsi bəlli olduqdan sonra "Azərbaycan” Nəşriyyatı ilə bağlı müsbət dəyişikliklərə şahidlik edəcəyik. Belə ki, binanın müasir üslubda təmir olunması və bundan sonra aparıcı media qurumlarının bura cəlb olunması nəzərdə tutulub.скачать dle 11.3
Mojo.az Banner