Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA yeddi obyekti cərimələdi - SİYAHI

14.07.2021 17:21 723
AQTA yeddi obyekti cərimələdi - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 382 ictimai iaşə obyektində 654 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 6 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xəzər rayonu,‎ Şüvəlan qəs., dəniz kənarında yerləşən, fiziki şəxs Cəfərov Rüfət Əzim oğluna məxsus kafe;

3. Bakı şəhəri, Yasamal ‎rayonu, Zərdabi 20 ünvanında yerləşən, hüquqi şəxs "Xs-500 Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Atlantis” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1M m 1 ünvanında yerləşən, fiziki şəxs Rəhimova Güllübəyim Taleh qızına məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, Əliyev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus “Pivbar Baku” kafesi;

6. Göyçay rayonu, Cəyirli kəndində yerləşən, fiziki şəxs Orucov Natiq Əlinazim oğluna məxsus kafe;

7. Tərtər rayonu, Sahil küçəsində yerləşən, fiziki şəxs Zeynalov Surxay Bəylər oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.скачать dle 11.3
Mojo.az Banner