Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan xüsusi təyinatlıları düşməni belə pusquya salır – VİDEO

13.07.2021 17:43 1 017
Azərbaycan xüsusi təyinatlıları düşməni belə pusquya salır – VİDEO
Sosial şəbəkələrdə ötən ilin payızında Qarabağda aparılmış 44 günlük müharibənin gedişində çəkildiyi bildirilən bir neçə saniyəlik kadrlar yayılıb və həmin kadrlar Azərbaycan xüsusi təyinatlılarının düşmənə necə pusqu qurub cəmi bir neçə saniyədə zərərsizləşdirdiyini göstərir.

Kadrların düşmən əsgərlərindən birinin mobil telefonundan götürüldüyü bildirilir. Çünki qaranlıq vaxtı düşmənin hərbi yük avtomobili faralarını söndürmüş vəziyyətdə hansısa torpaq yolla hərəkət edir, avtomobilin içərisindəki erməni əsgərlərindən birinin mobil telefonunun kamerası açıqdır və baş verənləri qeydə alır.

Ardınca uzaqdan minaatan mərmisinin səsi eşidilir, avtomobilin sürücüsü yaxın məsafədən açılan atəşlə (güllə səsi eşidilmir, bu da atəşin səsboğucu ilə təchiz edilmiş silahdan açıldığını deməyə əsas verir) vurulur və hərbi nəqliyyat vasitəsi hərəkətini dayandırır. Və heç bir-iki saniyə də keçmir ki, Azərbaycan ordusunun uniformasında olan hərbçi avtomobilin qapısını açır, məhv edilmiş düşmən əsgərinin avtomatını götürür, kabinəni axtarır. Bu vaxt avtomobildə maqnitofon hələ də açıqdır və erməni mahnısı eşidilir…

Kadrları təhlil edərək belə qənaətə gəlmək olur ki, baş verənlər Azərbaycan xüsusi təyinatlılarının döyüşçülərinin düşmənə qurduqları və zərgər dəqiqliyi ilə işləyən növbəti pusqulardan biridir. Həmin kadrları təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner