Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Neftçi"ni Yunanıstanda gözləyən təhlükə: "Problem çıxsa, UEFA müdaxilə edər"

13.07.2021 17:00 741
"Qalatasaray"ın Yunanıstanda üzləşdiyi hadisədən xəbərimiz var. Amma biz avrokubok oyunları zamanı səfərə UEFA-nın testi əsasında çıxırıq. Bu, bütün dünyada qəbul olunur. Həmin test qitə futbol qurumunun göstərişi ilə götürülür".

Bu fikirləri açıqlamasında "Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev Türkiyənin "Qalatasaray" komandasının "Olimpiakos"la yoldaşlıq matçı ilə əlaqədar Yunanıstanda ikən qarşılaşdığı problem barədə danışarkən deyib.

Afina aeroportunda İstanbul klubundan bir daha koronavirus testindən keçməsi tələb olunub. Bununla razılaşmayan "sarı-qırmızılılar" hava limanında bir neçə saat gözlədikdən sonra Türkiyəyə qayıdıblar.

Flaqman UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını keçəcəyi təqdirdə, növbəti raundda "Olimpiakos"la qarşılaşacaq. Allahverdiyevin sözlərinə görə, belə bir hadisə istənilən komandanın başına gələ bilər: "UEFA başqa yerdə verdiyimiz analiz nəticələrini qəbul etmir. Həmin testi bu gün saat 17:00-da - Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə keçirəcəyimiz Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün verəcəyik. Bunun nəticəsində futbolçular və əməkdaşlarımıza müvafiq icazə veriləcək. Qurumun özünün təlimatında da var ki, bu testin nəticəsinə əsasən səfərə çıxa bilərsiniz".

Klub rəsmisi hazırda daha çox "Dinamo" ilə cavab oyununu düşündüklərini söyləyib: "Əvvəlcə Yunanıstana getmək qismət olsun. Hər hansı problem çıxarsa, UEFA nümayəndələrinə məlumat veriləcək. "Qalatasaray" Afinaya yoldaşlıq matçı üçün getmişdi. Bizdə isə avrokubok oyunudur. Düşünmürəm ki, bunun üçün Türkiyə klubundan hansısa məsləhət almağa ehtiyac olsun. Bu, UEFA-nın bayrağı altında keçirilən qarşılaşmadır. Bizə problem çıxarsalar, qurum dərhal məsələyə müdaxilə edər. Digər tərəfdən, birinci biz səfərə gedəcəyik. Onlar da buraya gələcəklər, axı".

Qeyd edək ki, "Neftçi" Tbilisidəki ilk oyunda "Dinamo"nu 2:1 hesabı ilə yenib. Cavab görüşü iyulun 14-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.

II təsnifat mərhələsinin oyunları isə 20-21 və 27-28 iyulda olacaq.

Son xəbərlər