Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Vergi Xidməti sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

12.07.2021 13:24 756
Dövlət Vergi Xidməti sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi
Vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulan formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirləri həyata keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, iyul ayında aparılan belə nəzarət tədbirlərindən biri zamanı “SEYF ELAKE” MMC-nin üçüncü şəxslər üçün malların idxalını həyata keçirdiyi müəyyən edilib.

Belə ki, Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq qaydalara əsasən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etməməsi səbəbindən risklərin olduğu müəyyənləşib.

Vergi ödəyicisinin anbar olaraq qeydiyyata qoyduğu təsərrüfat subyektinin çoxmərtəbəli yaşayış binasında mənzil olması, idxal edilən malların həmin ünvanda saxlanılmasının mümkün olmadığını göstərir.

Birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, həmin müəssisəyə aidiyyəti olmayan vətəndaş Məmmədov Rəşid Mustafaqulu oğlu tərəfindən malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib. Bu zaman R.Məmmədov vergi orqanı əməkdaşlarının ünvanına nalayiq və təhqiramiz ifadələr işlədib, Dövlət Vergi Xidmətinin Dövlət Gömrük Komitəsinə ezam olunmuş texniki işçisi Məmmədov Şahir Nadir oğlu ilə mübahisə edib. Həmin proses zamanı əsassız videoçəkiliş edən R.Məmmədov özünün qanunsuz hərəkətləri olan hissələrini gizli saxlamaqla videonun yalnız sonluğunu sosial şəbəkələrdə yayımlayıb.

“SEYF ELAKE” MMC-nin rəhbəri İsmayilova Nərminə Mais qızı vergi orqanına dəvət edilərək aşkar olunmuş nöqsanlar ona izah edilib. Qeyd olunan nöqsanlar müəssisənin rəhbəri tərəfindən qəbul edilib və aradan qaldırılacağı bildirilib. Daha sonra birgə eyniləşdirmə tədbiri yekunlaşdırılaraq malların gömrük nəzarətindən buraxılması təmin edilib.скачать dle 11.3
Mojo.az Banner