Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Son günlər artan yanğın hadisələri: Səbəbləri və qorunma yolları - ARAŞDIRMA

08.07.2021 12:29 1 350
Son günlər artan yanğın hadisələri: Səbəbləri və qorunma yolları - ARAŞDIRMA
Son günlər ölkə ərazisində yanğın hadisələrinin sayı artıb. Ekspertlər bildirirlər ki, yaşayış binalarında baş verən yanğının səbəbi elektrik şəbəkəsinin yüklənməsidir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayının artması ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir. Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır.

Bəs yanğın hadisələri hansı səbəbdən baş verir?

Oxu.Az-a danışan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayevin sözlərinə görə, havaların isti keçməsi elektrik şəbəkələrində yüklənmələrə səbəb olur:

“Nəticədə yanğın hadisəsi baş verir. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğın yerinə çıxdıqları zamanı bir çox hallarda bəzi vətəndaşların yanğın təhlükəsizliyinə riayət etmədiklərinin şahidi olurlar. Bəzən insanlar bir siqareti söndürmədən avtomobildən atırlar. O da qurumuş otun üzərinə düşür və nəticədə daha böyük fəsadlara yol açır.

Hündürmərtəbəli binalarda mütləq qaydada avtomatik yanğınsöndürmə sistemi qoyulmalı, dəhlizlərdə xəbərdaredici məlumatlar olmalıdır. İl ərzində iki dəfə yoxlama aparılır. Planlı yoxlama zamanı xəta varsa, protokol tərtib olunur. Bir müddət sonra tədbirlərin icra olunub-olunmaması yoxlanılır. Həmin müddətdə yanğın baş verərsə, məsuliyyət bina tikən şirkətin, yaxud obyekt sahibinin üzərinə düşür”.

FHN rəsmisi əlavə edib ki, hər bir bina layihə sənədlərini qurumun Dövlət Yanğın Nəzarəti Xidmətinə təqdim edir:

“Daha sonra ona baxış keçirilir. Yanğın təhlükəsizliyi tədbirləri nəzərdə tutulduğu təqdirdə layihə sənədləri Xidmət tərəfindən razılaşdırılır. Digər bir tərəfdən Xidmətin əməkdaşları tikinti aparılan ərazidə olur və yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq göstərişlər verilir. Nöqsanlar olduqda protokol tərtib olunur.

Yanğına qarşı normalar kobud şəkildə pozulduqda qurum tərəfindən məhdudlaşdırıcı qərarlar çıxarılır və onun fəaliyyəti dayandırılır. Respublika ərazisində 100 mindən artıq obyekt var. Yanğınla bağlı monitorinqlər keçirilir. Yanğın təhlükəsizliyi tədbirlərinə tam riayət edən müəssisələrin sayı çox azdır”.

Son günlər ölkə ərazisində meşə yanğınlarının da sayı artıb. Azərbaycan meşəsi az olan ölkələr siyahısındadır və cəmi 12 faizə yaxın ərazi meşə ilə örtülüb.

Mütəxəssislər deyir ki, Azərbaycanda baş verən yanğın hadisələrinin böyük əksəriyyəti insan faktoru ilə əlaqədardır.

E.Babayev qeyd edib ki, meşələrdə də yanğınlar baş verir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə meşə ərazilərində yanğın təhlükəsizliyinə dair nəzarətedici tədbirlər olur, meşədaxili yollarda xəbərdarlıq lövhələri quraşdırılır”.

Xatırladaq ki, yanğın hadisələrini törədən şəxslər barədə cəza tədbirləri görülür. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə (Əkin yerinin yandırılmasına görə) görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Bundan əlavə olaraq, Cinayət Məcəlləsinə də 260-1-ci maddəsi ilə yanğına yol verən şəxslər bir ilə kimi azadlıqdan məhrum edilə bilər.

Elektroenergetika üzrə ekspert Namiq Ramazanov Oxu.Az-a açıqlamasında bildirib ki, yaşayış binasında baş verən yanğınların əksəriyyəti elektrik şəbəkəsinin yüklənməsi ilə bağlı olur:

“İnsanların əksəriyyəti yaşayış evlərində elektrik xətlərinin çəkilişi zamanı elektrotexniki norma və qaydaların tələblərini pozurlar. Bir çox hallarda evlərdə düzgün elektrik açarları (avtomat) seçib qoyulmur. Vətəndaşlar həmin işlərin peşəkar elektriklərə həvalə etmirlər.

Belə işlərin sahəni bilməyən şəxslərə həvalə edilməsi düzgün deyil. Mənzilin elektrik enerjisi şəbəkəsi çəkilən zaman elektrik xətlərinin yanar konstruksiyalar üzərindən çəkilməsi, qoruyucu və elektrik açarlarının düzgün olmayan yerlərə bərkidilməsi xətlərdə qəzaya səbəb olur ki, bu da yanğınla nəticələnir”.

O bildirib ki, elektrik xətləri düzgün quraşdırılsa, elektrik şəbəkəsi yüklənməz və yanğın hadisələri də olmaz:

“Ev və mənzillərin elektrik sistemi çəkilərkən yanmayan kabeldən istifadə edilməlidir. Amma çox vaxt insanlar buna əhəmiyyət vermir. Ya sayğaclarda, ya da evin paylayıcı avtomatlarında naqillər müəyyən vaxtdan sonra yüklənir, qızır. Nəticədə onların naqillər birləşən hissələrində boşluqlar yaranır.

Bu zaman gərginlik normal keçmir və alışmaya səbəb olur. Evlərdə kabellərin çəkilişi zamanı suvaqaltı xüsusi yanmayan borulardan istifadə edilməsi məsləhətdir. Bu zaman kabel o borunun içində olur, elektrik şəbəkəsi qızdıqda da orada soyuma olur və problemin qarşısı alınmış olur”.

“Hazırda müasir texnologiyalar diferensial elektrik açarlarından istifadəyə imkan yaradır. Hansı ki, yüksək həssaslığa malik bu avtomatlardan daha çox körpə və uşaqların olduğu evlərdə istifadəyə üstünlük verilir.

Bu tip elektrik açarlarının həssaslığı o dərəcədə yüksəkdir ki, hətta insan hansısa səbəbdən gərginlik olduğu yerə toxunduqda ümumi şəbəkədən ayrılma baş verir”, - deyə N. Ramazanov qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq.скачать dle 11.3
Mojo.az Banner