Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Mahir Emreli: “Rəsmi oyunlarda özümü tam fərqli hiss edirəm”

08.07.2021 12:27 1 071
Mahir Emreli: “Rəsmi oyunlarda özümü tam fərqli hiss edirəm”
“Legiya”nın heyətində ilk rəsmi oyununda uğurlu çıxış edən Mahir Emreli oyun barədə təəssüratlarını bölüşüb.

Bu barədə “Legiya”nın rəsmi saytında məlumat dərc olunub.

“Çox sevincliyəm. Yoxlama oyunlarında fərqlənmişdim, ancaq rəsmi oyunlarda özümü tam fərqli hiss edirəm. Bu oyun barədə unudub, yenidən bizim stadionda qarşılaşmağa hazır olmaq lazımdır. Varşavada sizə ən yaxşı oyunu göstərməyə ümid edirik”.

“Cavab qarşılaşmasında atmosfer və şərtlər tamamilə fərqli olacaq. Çətin oyun olacaq, yaxşı hazırlaşmalı və var gücümüzlə çalışmalıyıq”, - deyə M.Əmrəli bildirib.

Xatırladaq ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Budö/Qlimt”ə qarşı birinci oyunda yeni komandası ilə ilk rəsmi oyununa çıxıb. Forvard Norveçdəki oyuna start heyətində başlayıb. O, erkən qola sevinən “Legiya”nın ikinci topuna 41-ci dəqiqədə imza atıb. Fasilə ərəfəsində skandinaviyalılar fərqi azaltsa da, Mahir ikinci hissədə də qol sevinci yaşayıb. O, 61-ci dəqiqədə dubl edib.

Son xəbərlər