13:29 Tərtərdə narkotik qəbul edib maşın sürən şəxs saxlanılıb  |     13:27 Qaxda qadın meyiti tapılıb  |     13:25 Zəfər Muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq  |     13:12 Gəncədə qadını qətlə yetirməkdə təqsirləndirilənin keçmiş həyat yoldaşı olduğu üzə çıxıb  |     13:05 Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir  |     23:04 VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib  |     22:41 Avtomobil almaq istəyənlərin nəzərinə - Yanvarın 1-dən..  |     22:23 ABŞ-dən İraqa XƏBƏRDARLIQ  |     22:06 Daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar elan olundu - MƏHKƏMƏ  |     21:43 İçərişəhərdə Zəfər Gününə həsr olunmuş musiqili parad keçirilib - Video  |     20:56 Bu məktəbə direktor təyin edildi  |     20:39 Peskovun ulu babası Bakıda güllələnibmiş  |     20:28 Sumqayıtda "motosiklet dələduzluğu" - İcarəyə götürdü, sonra satdı  |     20:28 Gəncədə qadın qətlə yetirildi  |     19:38 Türkiyənin müdafiə naziri Azərbaycana gəlib  |     19:24 Milli Qəhrəman Pəncəli Teymurovun anası: "İnanırdım ki, Prezidentimiz oğluma yüksək dəyər verəcək"  |     19:09 Ruben Amorim ən yaxşı seçildi  |     18:55 Qaradağda erkən nikahın qarşısı alındı  |     17:59 Azərbaycanda növbəti torpaq hərracları elan edildi  |     17:52 Metro Zəfər Günü gücləndirilmiş rejimdə işləyəcək  |    

Anar Kərimov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.

Görüşdə iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib.

K.Kuçava Gürcüstanın Azərbaycanla münasibətlərə və qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Spiker Gürcüstan parlamenti və Milli Məclis arasında fəal əməkdaşlığın, beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin olduğunu bildirib.

Tərəflər parlamentlərin mədəniyyət komitələri arasında və humanitar sahədə əməkdaşlıq, birgə mədəni tədbirlərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, deputatlar Zaur Darğallı və Savalan Mirzəyev də iştirak edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 059 07.07.21 18:51