Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Asiya İnkişaf Bankı COVID-19 ilə mübarizə üçün Azərbaycana 250 milyon dollar ayırır

07.07.2021 16:42 1 170
Asiya İnkişaf Bankı COVID-19 ilə mübarizə üçün Azərbaycana 250 milyon dollar ayırır
Asiya İnkişaf Bankı (AİB) koronavirus (COVID-19) pandemiyasının mənfi sosial və iqtisadi təsirlərini azaltmaq məqsədilə Azərbaycan hökumətinə 250 milyon dollarlıq borc qərarını təsdiqləyib.

AİB prezidenti Masatsuqu Asakava bildirib ki, bu proqram hökumətə pandemiya ilə mübarizə tədbirlərini davam etdirməyə, yoxsul və həssas insanları qorumağa, iqtisadi bərpa üçün zəmin yaratmağa kömək edəcək.

Vurğulanıb ki, Asiya İnkişaf Bankının COVID-19-a qarşı Aktiv Mübarizə və Xərclərə Dəstək Proqramı (CARES) hökumətin davamlı sağlamlıq, sosial müdafiə və makroiqtisadi stabilləşmə istiqamətində tədbirləri üçün büdcə dəstəyi təmin edəcək.

Qeyd edilib ki, hökumətin sağlamlıq tədbirləri arasına səhiyyə işçiləri üçün əlavə ödənişlər, məcburi tibbi sığortanın ölkə miqyasında genişləndirilməsi, dərman və tibbi avadanlıqların satın alınması və COVID-19 xəstələrinin test və müalicə edilməsi üçün tibb müəssisələrinin gücünü artırmaq daxildir.

Əlavə edilib ki, sosial müdafiəni gücləndirmək üçün hökumət aztəminatlı ailələr üçün aylıq müavinətləri artırıb və dəstək almaq üçün ev təsərrüfatlarının sayını 80 000-ə çatdırıb. Digər sosial müdafiə tədbirləri arasına yaşa görə artırılmış pensiya ödənişləri, aylıq müavinətlər, məcburi köçkünlər üçün subsidiyalı kommunal xidmətlər və aztəminatlı ailələrə ali təhsil almaq üçün faizsiz kreditlər daxildir.

Həmçinin, bildirilib ki, iqtisadiyyatın sabitləşməsinə kömək etmək üçün hökumət 17 000 müvəqqəti ictimai iş yerinin yaradılması, pandemiyadan təsirlənmiş müəssisələrə bank krediti üçün faiz dərəcəsi subsidiyaları və seçilmiş dövlət müəssisələrinə maliyyə dəstəyi daxil olmaqla tədbirlər həyata keçirilib.

Asiya İnkişaf Bankı CARES Proqramı ilə birlikdə hökumətin pandemiyaya qarşı mübarizəsini dəstəkləmək üçün İdarə Heyətinin təsdiqinə əsasən 100 milyon dollarlıq birgə maliyyələşdirmə krediti verməyə çalışır.

Bank, eyni zamanda, 250 000 ABŞ dolları həcmində texniki yardım göstərəcək. Texniki yardım məcburi tibbi sığorta və sosial təminat sisteminin əhatə dairəsinin, həmçinin tətbiqinin gücləndirilməsinə kömək edəcək.скачать dle 11.3
Mojo.az Banner