Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

UEFA Bakıdakı 1/4 finalda göy qurşağı rəngli reklamların istifadəsini qadağan etdi

02.07.2021 20:43 870
UEFA Bakıdakı 1/4 finalda göy qurşağı rəngli reklamların istifadəsini qadağan etdi
UEFA Sankt-Peterburq və Bakıda keçiriləcək AVRO 2020-nin 1\4 final matçlarında göy qurşağı rəngli reklamların istifadəsini qadağan edib.

Bu barədə Sports.ru məlumat yayıb.

Bildirilib ki, turnirin sponsoru “Volkswagen” öz reklamında göy qurşağı rənglərindən istifadə edir. Lakin Sankt-Peterburq və Bakıdakı matçlarda belə bannerlər görünməyəcək. Belçika və İtaliya oyununun baş tutacağı Münhendə, eləcə də Ukrayna ilə İngiltərə milli komandaları arasındakı matçın keçiriləcəyi Romada isə analoji pankartlardan istifadə ediləcək.

Artıq “Volkswagen” şirkəti məsələ ilə bağlı açıqlama yayıb: “UEFA bizə məlumat verdi ki, Rusiya və Azərbaycan qanunlarına riayət olunmasına dair mövcud tələblər üzündən Sankt-Peterburq və Bakıdakı stadion reklamlarında göy qurşağı rənglərindən istifadə edə bilməyəcəyik. Bu qərara görə təəssüf edirik”, -deyə şirkətdən bildirilib.

Xatırladaq ki, keçən həftə UEFA Almaniya ilə Macarıstan matçı zamanı Münhendəki “Allianz Arena”da göy qurşağı rəngli işıqlandırılmanı da qadağan etmişdi.скачать dle 11.3
Mojo.az Banner