Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada ilk: İsrail süni ət istehsal edən sənaye müəssisəsi qurdu

02.07.2021 12:21 840
Dünyada ilk: İsrail süni ət istehsal edən sənaye müəssisəsi qurdu
İsraildə süni ət yetişdirilməsi üçün dünyanın ilk sənaye sistemi istifadəyə verilib.

Bu barədə Amerikanın "Bloomberg" analitik agentliyi məlumat yayıb. "Future Meat Technologies" adlanan şirkətin gündə 500 kiloqram sintetik ət istehsal edəcəyi bildirilir. Bu isə üç min orta ölçülü hamburger istehsal etməyə kömək edəcək. Süni ət xüsusi bioreaktorlarda istehsal olunur.

"İsrail mütəxəssislərinə görə, yeni metod geniş ərazilər tələb etmir və eyni zamanda ənənəvi heyvandarlıq üçün zəruri olan suya qənaət etməyə də imkan verir. "Future Meat Technologies"dən alınan ətin digər bir üstünlüyü ondan ibarətdir ki, onun istehsalı heyvan yetişdirmək və kəsməkdən iyirmi dəfə az vaxt aparacaq", - deyə məqalədə yazılıb.

Qeyd edək ki, süni ət istehsalı son illərdə daha çox Çində gündəmə gəlsə də, hazırda bir sıra ölkələr yeni metodlarla ət əldə etməyə çalışır. Ayrı-ayrı elm adamları, şirkətlər insan orqanizminə zərər vurmadan təbii komponentlərdən əldə olunan məhsullarla süni ət əldə etməyə çalışırlar.

//azvision.az
скачать dle 11.3
Mojo.az Banner