Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Bakı Metropoliteni” ötən ili zərərlə başa vurub

30.06.2021 13:33 1 509
“Bakı Metropoliteni” ötən ili zərərlə başa vurub
“Bakı Metropoliteni” QSC 2020-ci ili 83 543 000 manat zərərlə başa vurub.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin 2020-ci il tarixinə olan maliyyə hesabatında qeyd olunub.

Bu göstərici 2019-cu illə müqayisədə 51,7 % çoxdur.

Yekunda qurumun yığılmış zərəri 565 240 000 manata çatıb.

2020-ci il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21 623 000 manat, dövlət büdcəsindən aldığı dotasiya 67 679 000 manat, sair əməliyyat gəlirləri 3 534 000 manat olub.

Eyni zamanda qurumun istifadə etdiyi material ehtiyatlarının dəyəri 4 928 000 manat, istifadə etdiyi neft məhsullarının dəyəri 680 000 manat, istifadə edilən elektrik enerjisinin dəyəri 6 628 000 manat, istifadə edilən qazın dəyəri 168 000 manat, istifadə edilən suyun dəyəri 4 156 000 manat, işçi heyəti üzrə xərclər 44 660 000 manat, torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərclər 103 413 000 manat, qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 179 000 manat, tikinti və avadanlıqlarının qalıq dəyəri 666 000 manat, digər xərcləri 7 532 000 manat, sair əməliyyat xərcləri isə 3 370 000 manat olub.

Cari ilin il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 2 513 283 608 manat olub. Hesabat dövründə qurumun öhdəlikləri artaraq 58 916 975 manata çatıb. Balans kapitalı isə artaraq 2 454 366 623 manat olub.скачать dle 11.3
Mojo.az Banner