Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər |
Mojo.az Avto
Mojo.az Avto

AVRO-2020: İspaniya Xorvatiyaya qalib gəlir - YENİLƏNİR + VİDEO

28.06.2021 21:24 1 983
AVRO-2020: İspaniya Xorvatiyaya qalib gəlir - YENİLƏNİR + VİDEO
İspaniya millisi müdafiəçi Sesar Aspilikuetanın baş zərbəsindən vurduğu qolla hesabda önə keçdi. “Çelsi” ilə Çempionlar Liqasını qazanmış futbolçu 57-ci dəqiqədə fərqləndi. İspaniya 0:1 uduzduğu görüşdə xorvatlara 2:1 qalib gəlir.

21:03

Xorvatiyanın ilk qolu avtoqol kimi qapıçı Unai Simona ötürməni verən Pedrinin mənfisinə yazıldı. Görüşdə isə ikinci hissə başlayıb. Hesab 1:1-dir.

20:40

İspaniya millisi bərabərlik qolunu vurdu. Pablo Sarabiya 38-ci dəqiqədə hesabı bərabərləşdirdi – 1:1. Bu, PSJ-nin yarımmüdafiəçisinin ardıcıl ikinci oyunda ikinci qoludur.

20:21

Xorvatiya 20-ci dəqiqədə hesabda önə çıxdı. İspaniya millisinin qapıçısı Unai Simon sadə ötürməni ayağında saxlaya bilmədi və top qapıya getdi. Beləliklə, Unai Simon AVRO-2020-də avtoqola imza atan növbəti futbolçu oldu.

20:01

Xorvatiya – İspaniya matçı başladı.

19:32

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin daha bir görüşü keçiriləcək.

Oxu.Az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə son dünya çempionatının finalçısı Xorvatiya ilə dünya və Avropa çempionları İspaniya millisi üz-üzə gələcək.

Türkiyəli Cüneyt Çakırın idarə edəcəyi bu görüşə komandalar aşağıdakı taktiki düzülüş və heyətlə çıxıb:

Xorvatiya (4-1-2-3): Livakoviç, Qvardiol, Çaleta-Tsar, Vida, Yuranoviç, Brozoviç, Kovaçiç, Modriç (kapitan), Rebiç, Vlaşiç, Petkoviç

İspaniya (4-3-3): Unai Simon, Qaya, Laport, Erik Qarsiya, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Sarabiya, Feran Tores, Morata

Qeyd edək ki, bu matçın qalibi bu gün axşam keçiriləcək günün ikinci matçı olan Fransa – İsveçrə oyununun qalibi ilə 1/4 finalda qarşılaşacaq.

Son xəbərlər