Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda 17 yaşlı gənc avtomobili kanala aşırdı, xəsarət alanlar var

28.06.2021 11:34 1 662
Lənkəranda 17 yaşlı gənc avtomobili kanala aşırdı, xəsarət alanlar var
Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Vilvan kəndində baş verib.

Belə ki, “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı drenaj kanalına aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Aşaraq deformasiyaya uğrayan avtomobildən üç nəfər çıxarılıb. Müxtəlif dərəcəli xəsarətlər alan Vilvan kənd sakinləri - 17 yaşlı Turan Turab oğlu Ağayev, həmyaşıdı Elgün Rauf oğlu Səmədov və 16 yaşlı Səbuhi Nurəddin oğlu Tahirzadə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hadisə zamanı sükan arxasında T.Ağayev olub. Sol bazunun çıxığı və sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulan yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər