Mojo.az Banner
11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Silah ustası Emin Məmmədov Xalça Muzeyinə iki xəncər bağışladı - FOTO

24.06.2021 20:16 2 022
Silah ustası Emin Məmmədov Xalça Muzeyinə iki xəncər bağışladı - FOTO
“Bu gün, 24 iyun 2021-ci il tarixində, Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı keçirildi”.

Bu sözləri Azərbaycan Xalça Muzeyinin rəhbəri Şirin Məlikova öz “Facebook” hesabında paylaşıb.

O bildirib ki, bu sənət əsərlərinin müəllifi E.Məmmədov Kanadada yaşayıb fəaliyyət göstərsə də, Azərbaycan silahsazlıq sənəti ənənənələrini yaşadır, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğuldur.

“Sənətkar Aleksandr Voloviklə birlikdə nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuran “The Azerbaijan Armourer’s Art” (“Azərbaycan silah sənəti”) kitabının müəllifidir. E.Məmmədov YUNESKO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan “Culture for Peace” (Mədəniyyət sülh naminə) müsabiqəsində I yer tutub” – deyə o qeyd edib.

Şirin Məlikova Emin Məmmədovun xalça muzeyinə bağışladığı xəncərlərdən də söz açıb.

“Azərbaycanın ənənəvi bədii silah işi ustası E.Məmmədovun muzeyimizə hədiyyə etdiyi xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub. Xəncərin tiyəsindəki kətəbələrin içərisində ərəb əlifbası ilə xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” sözləri həkk olunub.
İkinci xəncərin bədii quruluşu isə Qacar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəsi gümüşlə inkrustasiya olunmuş, zərif buta və digər nəbati naxışlarla bəzədilib. Xəncərin tiyəsində ərəb əlifbası ilə kətəbələrin içərisində xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” yazısı həkk olunub.

Müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən bu dəyərli əsərlər muzeyimizin kolleksiyasına daxil edilib və daimi ekspozisiyada öz layiqli yerini tutur.
Bu gün silahsazların sayı barmaq sayı qədərdir. Bu işin çətinliyi ilə əlaqədardır ki, həmin əsərlərin yaradıcılıq nöqteyi nəzərdəd qiymətini artırır.

Biz hörmətli Emin bəyə uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayırıq! Emin bəy uzaq diyarda təkcə Azərbaycan silahsazlıq ənənənələrini deyil, həm də xalqımızın xeyriyyəçilik ənənələrini yaşadır. Ümidvarıq ki, o, yaxın gələcəkdə doğma vətəninə gəlib müəllifi olduğu dəyərli sənət əsərlərini muzeyimizin ekspozisiyasında seyr edəcək”.

скачать dle 11.3
Mojo.az Banner