Mojo.az Banner
23:02 Xəzərlə bağlı qorxulu ssenari: dənizinin səviyyəsi 9-18 metr enə bilər  |     22:55 Akın Akınözü yeni serial üçün imicini dəyişdi  |     22:50 Xalq rəssamı Ömər Eldarovun sağlamlıq VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     22:42 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb  |     22:36 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:29 Hərbçimiz həlak oldu  |     22:24 Türkiyə gömrüyündə Ermənistan kodu tətbiq edilib  |     22:16 Meksikada 7 baldan güclü zəlzələ oldu - Sunami yaxınlaşır  |     22:11 "Tesla" minlərlə avtomobili təmir edəcək  |     22:03 Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub  |     21:25 İki gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir  |     21:17 ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb  |     21:11 Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT  |     21:04 Sabahdan 525 əvəzinə 525A və 525B işləyəcək  |     20:59 Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO  |     20:50 Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI  |     20:45 6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...  |     20:38 Azərbaycan gündəlik nə qədər neft hasil edir?  |     20:33 I kurs tələbəsi vəfat etdi  |     20:23 Mərdəkanda gənc oğlan dənizdə boğuldu  |    
Left Banner
Right Banner

Olimpiya çempionumuz üçün Olimpiada öncəsi son sınaq

24.06.2021 19:31 990
Olimpiya çempionumuz üçün Olimpiada öncəsi son sınaq
Sabah Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyev Memorialı start götürəcək.

Üç gün davam edəcək ənənəvi yarışda yığmamızın üzvləri də iştirak edəcək.

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında Mahir Əmiraslanov, Əliabbas Rzazadə, Uğur Novruzov (hamısı 57 kq), Ruslan Qasımov, Əbülfəz Nəsirov (hər ikisi 61 kq), Əli Rəhimzadə (65 kq), Coşqun Əzimov (74 kq), Omid Kamaliaqdam (79 kq) və İslam İlyasov (97 kq), eləcə də hal-hazırda Dağıstanda məşqləri davam etdirən bir neçə milli üzvü ölkəmizi xatirə turnirində təmsil edəcək.

Beynəlxalq dərəcəli hakimlərimizdən Babək Allahverdiyev, Vüqar Şükürov və Həbib Nurulu Memorialda ədaləti qoruyacaq.

İyunun 25-dən 27-dək isə Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirə turniri keçiriləcək.

Ənənəvi yarışda yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov (97 kq) qüvvəsini sınayacaq. Bu, Olimpiada öncəsi titullu güləşçimiz üçün sonuncu turnir olacaq.скачать dle 11.3
Mojo.az Banner