Mojo.az Banner
23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Ara Ayvazyan mina xəritələrini Azərbaycana verməyə mane olurdu...”

22.06.2021 23:56 1 080
“Ara Ayvazyan mina xəritələrini Azərbaycana verməyə mane olurdu...”
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçmiş xarici işlər naziri Ara Ayvazyanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməyə əngəl yaratdığını açıqlayıb.

Median.Az
virtualaz.org-a istinadən bildirir ki, Qriqoryan bu haqda "Azadlıq" radiosunun erməni xidmətinə danışıb. Onun sözlərinə görə, Ara Ayvazyan Azərbaycana mina xəritələrinin verilməsinə və əvəzində erməni hərbçilərinin qaytarılmasına əngəl yaradırdı.

"Ayvazyan bizim tərəfdaşlarımıza deyirdi ki, bizim artıq verdiyimiz mina xəritələri mövcud deyil. Və o, istefa verən kimi bu məsələ həll olundu",-Armen Qriqoryan deyib.


Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ayvazyan nəinki yalan danışırdı, eləcə də bütün prosesə mane olurdu. Keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi yox idi, Ayvazyanın məqsədi ancaq Nikol Paşinyanın siyasi komandasına problemlər yaratmaqdan ibarət idi.

"Sizdə belə sual yaranmır ki, nəyə görə bu problem uzun müddət həll olunumurdu, ancaq o istefa verib danışıqlarda iştirakını dayandıran kimi həll olundu?",-Qriqoryan bildirib. O, hazırda mina xəritələrinin verilməsinin əvəzində Azərbaycanda saxlanılan erməni əsgərlərinin qaytarılması barədə danışıqların aparılmasına toxunaraq deyib ki, Ermənistan tərəfi "istənilən konstruktiv hərəkətə analoji cavab verməyə hazırdır".

Ara Ayvazyan mayın 27-də istefa verib. Onun istefasından bir neçə gün sonra Ermənistan Ağdamın minalanmış ərazilərinin xəritəsini ABŞ və Gürcüstanın vasitəçiliyi ilə Azərbaycana verib, əvəzində Azərbaycan 15 erməni hərbçisini geri qaytarıb.
скачать dle 11.3
Mojo.az Banner